+99450 373 57 37

HR Biznes Tərəfdaşlıq Təlimi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
Proqram Haqqında
Məlumat
1) Proqramın Məqsədi

HR Option-un İR Biznes Tərəfdaşlıq (HR Business Partner) təlim proqramının əsas məqsədi insan resursları mütəxəssislərini əməliyyat yönümlü roldan çıxarıb biznes strategiyasına birbaşa dəyər qatan strateji tərəfdaşa çevirməkdir. Proqram iştirakçılara biznes modeli, maliyyə düşüncəsi, performans göstəriciləri və data əsaslı qərarvermə bacarıqları qazandıraraq HR fəaliyyətlərini real biznes nəticələri ilə əlaqələndirməyi hədəfləyir. Təlim çərçivəsində HR-ın rəhbərlik üçün etibarlı məsləhətçi kimi çıxış etməsi, liderlik və performans mədəniyyətinin qurulmasında aktiv rol alması təmin olunur. Eyni zamanda dəyişikliklərin idarə olunması, təşkilati inkişaf və insan kapitalının effektiv planlanması üzrə praktik yanaşmalar formalaşdırılır. Nəticədə bu proqram vasitəsilə HR-ı şirkət daxilində sadəcə dəstək funksiyası deyil, qərarvermə prosesində söz sahibi olan strateji biznes tərəfdaşı kimi mövqeləndirir.

2) Proqramın iştirakçıları

Bu proqram hal-hazırda İnsan Resursları Biznes Tərəfdaşlıq (HR Business Partner) sahəsində çalışan və biliklərini strateji səviyyəyə yüksəltmək istəyən peşəkarlar üçün nəzərdə tutulub. Eyni zamanda İnsan Resurslarının digər funksiyalarında fəaliyyət göstərib HR Biznes Partnyor roluna keçməyi planlaşdıran mütəxəssislər üçün uyğunlaşdırılıb. Karyerasını İnsan Resursları sahəsində qurmaq və insan kapitalına artan tələblərə cavab verən müasir HR bacarıqları əldə etmək istəyən şəxslər bu proqramdan faydalana bilər. Proqram rəqabətli əmək bazarında öz mövqeyini gücləndirmək, biznesə real dəyər qatan HR mütəxəssisi kimi formalaşmaq istəyən peşəkarlar üçün hazırlanıb.

3) Proqramın metodikası
  • Praktiki və təcrübəəsaslı tədris: Təlim sahədə real iş təcrübəsinə malik təlimçi tərəfindən praktiki nümunələr əsasında aparılır və iştirakçılar simulyasiyalar vasitəsilə HR Business Partner rolunu canlı şəkildə təcrübədən keçirirlər.
  • Simulyasiya və aktiv öyrənmə: Təlim müddətində keçirilən simulyasiyalar iştirakçıların mövzuları dərin mənimsəməsinə, real biznes situasiyalarında düzgün qərarvermə bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.
  • Case study metodikası: Dərslər case study yanaşması ilə aparılaraq iştirakçıların real biznes problemlərini analiz etməsi və HRBP baxış bucağından həll yolları formalaşdırması təmin olunur.

Modullar və submodullar

M. 1 HR Biznes tərəfdaş modeli haqqında
20%
Proqramdakı ağırlığı 20%
Submodulun adı
  • HR Biznes Tərəfdaşlıq modeli nədir?
  • HR Biznes tərəfdaş kimdir?
  • HR Biznes Tərəfdaşlıq modeli
  • Strateji tərəfdaş
  • Dəyişiklik agenti
  • İnzibati ekspert
  • İşçi çempionu
M. 2 HR BP
20%
Proqramdakı ağırlığı 20%
Submodulun adı
  • Təşkilati effektivliyi nə artırır?
  • Ulrich modeli ilə HR: Strateji Strukturun 3 sütunu
  • Mükəmməllik mərkəzi
  • HR Xidmətləri mərkəzi
  • HR Biznes Tərəfdaşlar
  • HR Biznes Tərəfdaşlıq modeli hansı təşkilatlarda təşkil edilməlidir?
  • Biznes rəhbərləri və HR Biznes Tərəfdaş
  • Case study: Qrup işi - Təşkilati struktur
M. 3 Strateji HR Transformasiyanın ənənəvi HR-la müqayisədə biznesə qatdığı üstünlük
20%
Proqramdakı ağırlığı 20%
Submodulun adı
  • Biznes üçün HR Biznes Tərəfdaş
  • HR Biznes Tərəfdaşın yaratdığı effektivlik
  • HR Biznes Tərəfdaşın fəaliyyətləri
  • Case study: Talant Management
  • Case study: HR Biznes Tərəfdaşın əsas rolları
  • Case study: Performansın idarəetməsi
  • Workshop - Case study: Biznes problemin həlli
M. 4 HR BP Rolunun Əsas Şərtləri
20%
Proqramdakı ağırlığı 20%
Submodulun adı
  • Biznes zəkası
  • Təşkilati məlumatlılıq
  • Case study: İşçi dəyər təklifi (Employee value proposition)
  • Data təhlili
  • Münasibətlərin idarəolunması - Stakeholder management
  • Dəyişiklikin idarə olunması
  • Təşkilati Mədəniyyət və Sistem Düşüncəsi
  • Case study: Stakeholder Management
M. 5 HR Biznes Tərəfdaş Modelinin Təşkilatda Effektiv Tətbiqi
20%
Proqramdakı ağırlığı 20%
Submodulun adı
  • Uğurlu Tətbiq üçün Əsas Şərtlər
  • Tətbiq Addımları: Addım-addım yol xəritəsi
  • Əsas Risklər və Qarşı Taktikalar
  • HR BP-nin Uğurunu Ölçmə (KPI)
  • Case study: HR BP Modelinin Uğurlu Tətbiqi
  • Yekun Mesajlar və Tövsiyələr
Müddət
1 ay
Format
Əyani/ Hibrid
Tezlik
Həftədə 1/ Şənbə
Saat
10:00–14:00: 14:00–18:00

HR Biznes Tərəfdaşlıq (HRBP) təlimi

HR Biznes Tərəfdaşlıq (HRBP) təlimi İnsan Resursları və Biznes funksiyaları arasında mövcud olan boşluqların aradan qaldırılması, HR-ın təşkilat daxilində strateji tərəfdaş kimi mövqelənməsi və qərarvermə proseslərində dəyər yaradan funksiya kimi iştirak etməsi üçün hazırlanmış praktik yönümlü tədris proqramıdır.

Təlim boyunca iştirakçılar HR əməliyyatçısı yanaşmasından çıxaraq, biznes hədəflərini anlayan, menecerlərlə eyni dildə danışan və strateji HR qərarları verə bilən HR Biznes Tərəfdaş roluna keçidi addım-addım öyrənirlər.

  • Proqram tərkibi: 5 əsas modul + praktik case-lər
  • Fokus: HR Biznes Tərəfdaşlıq modelinin real təşkilatlarda tətbiqi
  • Nəticə: HRBP yanaşmasını tətbiq edə bilən müasir HR mütəxəssis

Təlimin üstünlükləri və faydaları

  • Biznes və İnsan Resursları funksiyalarının qarşılıqlı və effektiv işləmə modelinin mənimsənilməsi
  • HR Biznes Tərəfdaşlıq modelinin təşkilatlarda tətbiq metodologiyasının öyrədilməsi
  • Real biznes case-lər üzərindən praktiki yanaşmanın formalaşdırılması
  • HR-ın strateji rola keçidi üçün tələb olunan düşüncə tərzinin inkişaf etdirilməsi
  • Biznes rəhbərləri ilə effektiv əməkdaşlıq və təsir bacarıqlarının gücləndirilməsi
  • Proqramda fərqlənən iştirakçılar üçün HR Option referansı qazanmaq imkanı

Təlim proqramının tərkibi

Təlim 5 əsas moduldan ibarətdir və HR Biznes Tərəfdaşlıq modelinin konseptual əsaslarından başlayaraq, real təşkilat strukturlarında effektiv tətbiqinə qədər olan mərhələləri əhatə edir.

  • Modul 1 – HR Biznes Tərəfdaşlıq modeli: HRBP anlayışı, rollar, strateji tərəfdaş, dəyişiklik agenti, inzibati ekspert və işçi çempionu yanaşmaları
  • Modul 2 – HRBP-nin təşkilat strukturunda rolu: Ulrich modeli, HR xidmət mərkəzləri, HRBP və biznes rəhbərləri arasında əməkdaşlıq
  • Modul 3 – Strateji HR və biznes dəyəri: HR transformasiyası, istedadların idarə olunması, performansın idarə edilməsi üzrə case-lər
  • Modul 4 – HRBP rolunun effektiv tətbiqi: Data əsaslı qərarvermə, stakeholder management, dəyişikliklərin idarə olunması və KPI yanaşması
  • Modul 5 – HR Biznes Tərəfdaşlıq modelinin təşkilatda effektiv tətbiqi: Uğurlu tətbiq üçün əsas şərtlər, addım-addım tətbiq yol xəritəsi, əsas risklər və qarşı taktikalər, HRBP fəaliyyətinin ölçülməsi (KPI), uğurlu tətbiq üzrə yekun case-lər və tövsiyələr

Praktiki iş və case-lər

Təlim zamanı iştirakçılar real biznes problemləri üzərində işləyir, HR Biznes Tərəfdaş kimi düşünmə və qərarvermə bacarıqlarını praktik tapşırıqlar vasitəsilə möhkəmləndirirlər.

  • Biznes strukturu üzrə case study-lər
  • İstedadların idarə olunması üzrə real nümunələr
  • Performans idarəetməsi və HR təsirinin ölçülməsi
  • Employee Value Proposition (EVP) üzərində praktiki iş

Təlimin məqsədi

HR Biznes Tərəfdaşlıq təliminin əsas məqsədi iştirakçıların İnsan Resursları funksiyasını yalnız əməliyyat deyil, biznesin inkişafına birbaşa təsir edən strateji tərəfdaş kimi dərk etməsini və bu modeli real təşkilatlarda tətbiq edə bilməsini təmin etməkdir.


Təlim kimlər üçündür?

  • HR Biznes Tərəfdaşlıq sahəsində çalışan və ya bu rola keçmək istəyənlər
  • HR-ın digər funksiyalarından strateji HR istiqamətinə yönəlmək istəyən mütəxəssislər
  • Biznes qərarlarında HR-ın rolunu gücləndirmək istəyən peşəkarlar
  • Rəqabətli əmək bazarında strateji üstünlük qazanmaq istəyən HR mütəxəssisləri

Yekun nəticə

Təlimin sonunda iştirakçılar HR Biznes Tərəfdaşlıq modelini real təşkilat mühitinə uyğunlaşdırmağı, biznes rəhbərləri ilə strateji əməkdaşlıq qurmağı və HR-ın yaratdığı dəyəri ölçülə bilən nəticələrə çevirməyi bacarırlar.

Müraciət formu