+99450 373 57 37

Recruit 361-İşəqəbul Yetişdirmə

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
Proqram Haqqında
Məlumat
1) Kursun məqsədi

Recruit 361 – İşəqəbul üzrə Yetişdirmə proqramı HR və işəqəbul sahəsində peşəkar kadrların yetişdirilməsini, beynəlxalq standartlara uyğun bilik və bacarıqların formalaşdırılmasını hədəfləyir. Proqram iştirakçılara əmək bazarının təhlili, namizəd axtarışı (sourcing/headhunting), müsahibə aparma, CV analizi, job offer və danışıqların idarə edilməsi kimi prosesləri real iş mühitinə uyğun praktik şəkildə öyrədir.

2) Kursun auditoriyası

Hal-hazırda işəqəbul (recruitment) sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək, karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar üçün nəzərdə tutulub. Eyni zamanda İnsan Resursları idarəetməsinin digər sahələrindən işəqəbul istiqamətinə keçmək və recruitment sahəsində ixtisaslaşmaq istəyən şəxslər üçün uyğundur.

3) Kursun faydaları və üstünlükləri
  • Təlim proqramı beynəlxalq sertifikat proqramına əsaslanır və müasir işəqəbul praktikalərini əhatə edir
  • Praktik yanaşma: tapşırıqlar, simulyasiyalar və case study-lərlə biliklərin real iş mühitində tətbiqi
  • Headhunting və Sourcing: global və yerli bazarda effektiv axtarış kanalları, alətlər və üsullar
  • Bazar tələblərinə uyğun kompetensiyalar: müasir işəqəbul texnologiyaları, AI və platformalardan effektiv istifadə
  • Avtomatlaşdırma / Analitika: recruitment proseslərinin sistemləşdirilməsi, data əsaslı qərarvermə və əsas metriklər
  • Video qeydləri və onlayn əlçatanlıq: dərsləri təkrar izləmə, materiallara rahat giriş
  • Fərqlənərək HR Option referansını qazanmaq və karyerada irəliləmək imkanı

Modullar və submodullar

M. 1-2-3 İR-ə giriş, işəqəbulda planlaşdırma və iş təhlili
22.5%
Qiymətləndirmə ağırlığı
22.5%
Tədris saatı
7
Submodulun adı
  • HR kimdir? Recruiter kimdir?
  • Şirkətlərdə işəqəbul siyasətinin qurulması
  • Şirkət üçün uğurlu işəqəbul əməkdaşı hansı profildə olmalıdır?
  • İşəqəbulda planlaşdırılma və strategiya
  • Praktiki tapşırıq
  • Planlama üzrə əsas yanaşmalar və prioritetləndirmə
  • İş bazarının təhlili (iş bazarına tələb olunan vəzifələrin təhlili)
  • İşəqəbul sorğusu (işçi tələb forması)
  • Vəzifə öhdəlikləri və işçinin spesifikasiyası
  • 10) və s.
M. 4-5-6 Recruiting prosesi, namizəd axtarışı və müsahibə strategiyaları
22.5%
Qiymətləndirmə ağırlığı
22.5%
Tədris saatı
7
Submodulun adı
  • Recruiting prosesi
  • Recruitingdə yeni tendensiyalar (ATS, SAT və müasir yanaşmalar)
  • Vakansiyaların növləri
  • Namizəd məlumatlarının toplanması
  • İnternet şəbəkələr və alətlərdən istifadə: LinkedIn, HeadHunter və s.
  • Elan dizaynlarının hazırlanması
  • Elanın hazırlanma qaydası
  • Strukturlaşdırılmış və strukturlaşdırılmamış müsahibələr
  • Interview check-list (əvvəl və müsahibə zamanı)
  • 10) və s.
M. 7-8-9 Müsahibə növləri, sual texnikası və imtina prosesi
22.5%
Qiymətləndirmə ağırlığı
22.5%
Tədris saatı
7
Submodulun adı
  • Telefon vasitəsi ilə müsahibələr (Simulyasiya)
  • Davranışa bağlı müsahibə (behavioral)
  • STAR müsahibəsi
  • Suallar texnikası
  • Sualların növləri
  • Sualvermə bacarıqları
  • İmtina hallarının idarə edilməsi
  • Namizədə necə imtina cavabı vermək olar
  • Praktiki tapşırıq
  • 10) və s.
M. 10-11-12 İş təklifi, bədən dili və oriyentasiya-adaptasiya
22.5%
Qiymətləndirmə ağırlığı
22.5%
Tədris saatı
7
Submodulun adı
  • Danışıq texnikaları (negotiation)
  • İş təkliflərinə dair nümunələr (Job Offer)
  • Problemli məsələlərin həlli
  • Bədən dili
  • Ünsiyyət
  • Şəxsi qərəzliliyi (BIAS) müəyyən etmə
  • Oriyentasiya proqramı
  • Yeni işçinin komandaya inteqrasiyası
  • İşçilərin yerləşdirilməsi və adaptasiya ilə əlaqəsi
  • 10) və s.
M. 13 İşəqəbul – Avtomatlaşdırma / Sistem quruculuğu
5%
Qiymətləndirmə ağırlığı
5%
Tədris saatı
2
Submodulun adı
  • İşəqəbul avtomatlaşdırılmış sənəd dövriyyəsi
  • Elektron ünvan tənzimlənməsi
M. 14 İşəqəbul funksiyasının analitik təhlili
5%
Qiymətləndirmə ağırlığı
5%
Tədris saatı
2
Submodulun adı
  • İR metriklər
  • Əməliyyatlararası korelyativ asılılıq təyini
  • Lokal və beynəlxalq bençmarklar
Müddət
2 ay
Format
Əyani/Hibrid
Tezlik
Həftədə 1/Şənbə
Saat
10:00–14:00 / 14:00–18:00

Recruit 361 – Səriştə Əsaslı Müsahibə nəyi dəyişir?

Recruit 361 proqramına baxanda ilk hiss olunan şey onun klassik müsahibə təlimi olmamasıdır. Burada diqqət yalnız sual verməyə yox, işəqəbul prosesinə bütöv şəkildə baxmağa yönəlir. Yəni müsahibə təkcə bir mərhələ deyil, doğru planlama, düzgün analiz və sağlam qərarvermə zəncirinin bir hissəsi kimi təqdim olunur.

Bu proqramla tanış olan iştirakçı artıq namizədə “necə sual verim?” sualı ilə deyil, “doğru namizədi necə müəyyən edim?” yanaşması ilə düşünməyə başlayır. Recruit 361 məhz bu baxış dəyişikliyini formalaşdırır.

Proqramın əsas yanaşması necə qurulub?

Recruit 361 işəqəbul prosesinə 360 dərəcə yanaşmanı əsas tutur. İşəqəbul strategiyasının qurulması, vakansiya ehtiyaclarının düzgün müəyyən edilməsi, namizəd axtarışının planlı aparılması və müsahibənin strukturlaşdırılması bir-biri ilə əlaqəli şəkildə izah olunur.

Namizəd axtarışı mərhələsində yalnız CV-lərlə kifayətlənmək yanaşması arxa plana keçir. Proqram çərçivəsində sourcing və headhunting düşüncəsi formalaşır, LinkedIn və alternativ kanallar üzərindən doğru profillərə çıxışın məntiqi izah edilir.

Səriştə əsaslı müsahibə hissəsində isə əsas diqqət namizədin real davranışlarına yönəlir. Davranış əsaslı sualların qurulması, STAR metodundan istifadə, müsahibənin axınının idarə edilməsi və namizədin verdiyi cavabların düzgün oxunması praktiki baxımdan açıqlanır.

Burada müsahibə sadəcə dialoq kimi deyil, ölçülə bilən və müqayisə edilə bilən bir proses kimi təqdim olunur. Namizəd cavablarının analiz edilməsi, scoring yanaşması, uyğunluq və potensialın fərqləndirilməsi Recruit 361-in əsas güclü tərəflərindən biridir.

Recruit 361 proqramı hansı nəticələri verir?

Proqramı izləyən iştirakçılar müsahibə zamanı daha inamlı, daha sistemli və daha obyektiv yanaşma sərgiləyir. Subyektiv fikirlərlə deyil, faktlara və davranış göstəricilərinə əsaslanan qərarvermə vərdişi formalaşır.

İş təklifi mərhələsinə gəldikdə isə namizəd təcrübəsi anlayışı ön plana çıxır. Danışıqların etik çərçivədə aparılması, namizədlə düzgün ünsiyyətin qurulması və prosesin peşəkar şəkildə tamamlanması Recruit 361-in vacib mesajlarındandır.

Eyni zamanda proqram işəqəbul proseslərinə analitik baxışı da gücləndirir. Recruitment KPI-ları, ölçmə meyarları və data əsaslı yanaşma işəqəbul qərarlarının təsadüfi yox, əsaslandırılmış şəkildə verilməsinə imkan yaradır.

Nəticə olaraq Recruit 361 kimlər üçün dəyər yaradır?

Recruit 361 – Səriştə Əsaslı Müsahibə proqramı işəqəbul prosesində daha peşəkar, daha sistemli və daha effektiv nəticələr əldə etmək istəyən hər kəs üçün real dəyər yaradır.

Bu proqramdan sonra müsahibə sadəcə “sual-cavab” deyil, doğru namizədi tapmaq üçün idarə olunan, ölçülən və nəticə verən bir prosesə çevrilir. Məhz bu yanaşma Recruit 361-i klassik təlimlərdən fərqləndirən əsas cəhətdir.

Müraciət formu