+99450 373 57 37
info@hroption.az
HR Option > HR Planlama təlimi

İNSAN RESURSLARININ PLANLAŞDIRILMASI

Təlim Proqramının tərkibi: Təlim 7 moduldan ibarətdir
Giriş
  • İR Planlama nədir?
  • Geniş və dar mənada İR planlama
  • İR planlamanın məqsədləri və faydaları
  • İR planlamaya təsir edən faktorlar
  • Strateji İR planlama
  • Planlama metodları və addımları

İş analizi

  • İş analizi nədir?
  • İş analizi prosesi və nəticələri
  • İş analizi metodları
  • Anket
  • Müsahibə
  • Müqayisə
  • Müşahidə
  • Qarışıq
  • İş analizi zamanı suallar
  • Praktiki tapşırıqlar

İş axışları və struktur

  • İş axışları və növləri
  • İş axışlarının vizual təsvirlərin hazırlanması
  • MS Visio üzərində axışlarının təsviri
  • Draw.io üzərində axışlarının təsviri
  • Struktur və növləri
  • Strukturun avtomatik hazırlanması
  • Ştat cədvəli
  • İşçi siyahısı
  • Praktiki tapşırıqlar

İş yükü analizi və işçi sayının optimallaşdırılması

  • İş yükü analizi
  • İşçi ehtiyacının / optimal işçi sayının hesablanması
  • Əsas işçi ehtiyacı
  • Ehtiyat işçi ehtiyacı
  • Əlavə işçi ehtiyacı
  • Yeni işçi ehtiyacı
  • Ümumi işçi ehtiyacı
  • Davamiyyətsizliyin səbəbləri və davamiyyətsizlik faizinin hesablanma qaydası
  • Kadr axınının nəticələri
  • Kadr axının hesablanma qaydası
  • Praktiki tapşırıqlar

Səriştə idarəetməsi və səriştələrin təyini metodologiyası

  • Səriştələr və onların təyini
  • Səriştələrin növləri
  • Davranış (soft) səriştələri
  • Texniki (hard) səriştələr
  • Səriştə qrupu və alt səriştələr
  • Səriştə pasportu və kataloqu
  • Səriştə xəritəsi,
  • Əhəmiyyətinə görə səriştələr
  • Səriştə matrisi
  • Praktiki tapşırıqlar

Vəzifə təlimatları

  • Vəzifə təlimatları və onun strukturu
  • Vəzifə tələbləri
  • Kvalifikasiyalar
  • Səriştələr
  • Məsuliyyət və Səlahiyyət
  • Praktiki tapşırıqlar

Yekun

  • Keçirilmiş mövzular üzrə onlayn test imtahanı və keçirilənlərin müzakirəsi

TƏLİMİN ÜSTÜNLÜKLƏRİ VƏ FAYDALARI

İR Planlama peşəkarından tələb olunan bacarıqlara qısa zamanda yiyələnmək şansı

İR planlama üçün alət və modellərin dərindən mənimsədilməsi

Biliklərin case-tapşırıq və simulyasiyalarla praktiki tətbiqi

Dərslərin videoyazılarının təqdim edilməsi

Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

Ətraflı məlumat

Təlimin məqsədi

İnsan Resurslarının Planlaşdırılması (İR Planlama) təliminin məqsədi iştirakçılarda sahə üzrə ixtisaslaşmış nəzəri bilik və praktiki bacarıqlar formalaşdırmaq, onlarda əmək bazarının tələbinə uyğun vərdişlər yaratmaqla iştirakçıların karyera inkişafına yardımçı olmaqdır.

Təlimin iştirakçıları

Hal-hazırda İşçi qüvvəsinin planlaşdırılması sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək istəyən peşəkarlar, İnsan Resursları İdarəetməsinin başqa sahələrindən bu sahəyə keçmək və İR Planlama sahəsində ixtisaslaşmaq istəyən şəxslər.

Proqramın müddəti: 1 ay / 18 saat
Tədrisin formatı: Hibrid (oflayn – canlı formada keçirilir, onlayn da qatılmaq mümkündür)
Tədris tezliyi: Həftədə 1 gün / 4 saat
Tədris saatları: 14:00-18:00
Tədris dili: Azərbaycan
Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, praktiki nümunələr və çalışmalar
Tədris materialları: Təqdimat və paylama materialları
Mükafatlandırma: Təlimə qatılan şəxslərə iştirakçı sertifikatı verilir