+99450 373 57 37
info@hroption.az
HR Option > Avtomatlaşdırılmış Kadr Sənədləşməsi təlimi

Avtomatlaşdırılmış Kadr Sənədləşməsi

Təlim Proqramının tərkibi: Təlim 4 modul və yekun tapşırıqdan ibarətdir
Giriş
  • Avtomatlaşdırma nədir?
  • Onlayn avtomatlaşdırma platformasında müvafiq iş panelləri ilə tanışlıq
  • Onlayn platformanın funksiyaları ilə tanışlıq
  • Cədvəlin sətir və sütunların bərkidilməsi
  • Cədvəldə xanalara çoxseçimli siyahının yerləşdirilməsi, məlumatın filterlənməsi
  • Cədvəldə sürətli əməliyyatlar üçün qısa addımların izahı
  • Səhifə ilə bağlı əməliyyatların icrası
  • Gizlətmə və aşkara çıxarma
  • Surətini çıxarma və silmə
  • Ölçü və görünüşü dəyişmə
  • Başlıq və sonluqların yerləşdirilməsi
  • Çap üçün keçidlərin təyin olunması
  • Səhifəni oflayn formada yadda saxlama
  • Praktiki tapşırıqlar
Datanın daxil edilməsi (baza məlumat cədvəllərin qurulması)
  • Ana Siyahı cədvəli
  • Əmr Cədvəlləri
  • İşə qəbul, xitam
  • Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
  • Məzuniyyət
  • Ezamiyyət
  • Ştat vahidinin yaradılması və Ləğv edilməsi
  • Müqavilə Cədvəlləri
  • Əmək müqaviləsi
  • Tam Maddi Məsuliyyət müqaviləsi
  • Kommersiya Sirrinin qorunması haqqında müqavilə
  • Ərizə / Bildiriş cədvəlləri
  • İşəqəbul ərizəsi
  • İşdən azadolunma ərizəsi
  • İxtisar-xəbərdarlıq bildirişi
Emal (sənədlərin təsnifatlaşdırılması və inteqrasiyası)
  • Ana qovluqlarının yaradılması
  • Mənbə və hədəf qovluqlarının yaradılması
  • Mənbə fayllarının yaradılması
  • Data Cədvəllərinin mənbə fayllarına inteqrasiyası
  • Avtomatlaşdırma üçün proqram tətbiqinin endirilməsi
  • Avtomatlaşdırılacaq sənəd qrupunun seçilməsi
  • Mənbə faylın seçilməsi
  • Seçilmiş mənbə faylı ilə cədvəlin bir-birinə inteqrasiya etdirilməsi
  • Yaradılacaq faylın adlandırılması və yerləşəcəyi qovluğun müəyyənləşdirilməsi
  • Faylın e-mail vasitəsi ilə göndərilməsi və ya başqa e-mail ilə paylaşılması seçiminin edilməsi
  • Səlahiyyətli əməkdaşlara qovluq və fayllara giriş icazəsinin verilməsi
Nəticələrin əks olunması (sənədlərin hazırlanması)
  • Hazır sənədlərin avtomatik çıxarılması
  • Sənədlərin hazırlanması tezliyinin aktivləşdirilməsi
  • Bütün sənədlərin və yalnız seçilmiş sənədlərin avtomatik hazırlanması
  • Hazır sənədlərin avtomatik qovluqlarda yerləşdirilməsi
  • Sənədlərin ümumi qovluqlara göndərilməsi
  • Sənədlərin xüsusi qovluqlara göndərilməsi
  • Praktiki tapşırıqlar
Yekun tapşırıq
  • Avtomatlaşdırılmış kadr kargüzarlığı sisteminin qurulması

TƏLİMİN ÜSTÜNLÜKLƏRİ VƏ FAYDALARI

● Bir neçə saniyə ərzində kadr əməliyyatları sənədlərini hazırlayan avotmatlaşdırılmış sistemlərinin qurulmasının öyrədilməsi

Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi

 İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və iştirakçı nəticələri üzrə məxfiliyin qorunması

 Kadr inzibatçısından tələb olunan sürətli və sistemli işləmək vərdişlərinə yiyələnmək şansı

Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

 Dərslərin videoyazılarının təqdim edilməsi

Ətraflı məlumat

Təlimin məqsədi

«Avtomatlaşdırılmış Kadr Sənədləşməsi» təliminin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində Kadr Kargüzarlığı işinin təşkili, əmr, ərizə, bildiriş, statistik hesabatlar və s. tipli sənədlərin minimum xəta və bir neçə saniyə ərzində hazırlanması və arxivlənməsinə dair bilik və bacarıqlara sahib olan müasir və çevik kadr inzibatçısı hazırlamaqdır.

Təlimin iştirakçıları

İnsan Resursları əməliyyatları (Kadr Kargüzarlığı) sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

Təlimin müddəti: 1 ay / 10 saat
Təlimin keçirilmə formatı: Onlayn
Tədris tezliyi: Həftədə 2 gün / 4 saat
Tədris saatları: 20:00-22:00
Tədris dili: Azərbaycan
Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, İR əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar
Tədris materialları: Təqdimat və onlayn sistemlər
Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq təlim üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:

  ● 90%-dən yuxarı – Fərqlənmə diplomu

  ● 75%-89% – Müvəffəqiyyət diplomu

  ● 50%-74% – Diplom

  ● 49%-dən aşağı – İştirakçı sertifikatı