+99450 373 57 37
info@hroption.az

KADR İNZİBATÇILIĞI KURSU

Slider

Kursun üstünlükləri

Peşəkar HR kursu və üstünlükləri

  • Əmək Qanunvericiliyi çərçivəsində Kadr Kargüzarlığı və Əmək Haqqının Hesablanmasının birlikdə təqdim edilməsi
  • Bir neçə saniyə ərzində kadr əməliyyatları sənədlərini hazırlayan avotmatlaşdırılmış sistemlərinin qurulmasının öyrədilməsi
  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi
  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və iştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Kadr inzibatçısından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Fərqlənərək HR Option referansını qazanmaq və karyerada irəliləmək imkanı

Qeydiyyat Formu

Ətraflı məlumat

Kursun məqsədi

Kadr İnzibatçılığı kursunun məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində Kadr kargüzarlığı işinin təşkili, Əmək haqqının hesablanması,  əmr, ərizə, bildiriş, statistik hesabatlar və s. tipli sənədlərin minimum xəta və bir neçə saniyə ərzində hazırlanmasına dair bilik və bacarıqlara sahib olan hərtərəfli kadr inzibatçısı hazırlamaqdır.

Kursun iştirakçıları

İnsan resursları əməliyyatları sahəsində ixtisaslaşmaq istəyən tələbələr, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər, hal-hazırda İR əməliyyatları sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

Kursun tərkibi: Kurs 3 modul və 10 sub-moduldan ibarətdir.


Modulun adı* Qiymətləndirmə ağırlığıTədris saatıSubmodulun adı
1Əmək Qanunvericiliyi Çərçivəsində Kadr Kargüzarlığının İdarə Edilməsi70 %24• İşə Qəbul
• İşdən azadetmə
• İş və istirahət vaxtı
• Əməyin ödənilməsi
• İşçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər
• Dövlət qurumları ilə qarşılıqlı münasibətlər
2Əmək Qanunvericiliyi Çərçivəsində Əmək Haqqının Hesablanması
3İnsan Resursları Əməliyyatları üzrə Avtomatlaşdırılmış Sistemlərin
Qurulması
30%10• Avtomatlaşdırmaya Giriş
• Datanın daxil edilməsi (baza məlumat cədvəllərin qurulması)
• Emal (sənədlərin təsnifatlaşdırılması və inteqrasiyası)
• Nəticələrin əks olunması (sənədlərin hazırlanması)

* İştirakçının hər modul üzrə cədvəldə qeyd olunan müvafiq qiymətləndirmə ağırlığından çox olmayaraq əldə etdiyi faizlər sonda toplanır və iştirakçıya bu nəticəyə müvafiq diplom və ya sertifikat təqdim edilir. 

 

Kursun başlama tarixi : 06.05.2023

Kursun müddəti: 2 ay / 34 saat

Tədris tezliyi: Həftədə 2 gün / 4 saat

Tədris saatları: 20:00-22:00

Tədris formatı: Onlayn – Google meet platforması və xüsusi hazırlanmış LMS (Öyrənmə İdarəetmə Sistemi) üzərindən

Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, Qrup işləri, Sub-modul və modul yoxlama testləri, İR əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar

Tədris materialları: Təqdimat və paylama materialları, Əmək Məcəlləsi, Əmək Qanunvericiliyi Toplusu, Test toplusu, onlayn sistemlər

Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq hər modul üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:

  • 90%-dən yuxarı – Fərqlənmə diplomu
  • 75%-89% – Müvəffəqiyyət diplomu
  • 50%-74% – Diplom
  • 49%-dən aşağı – İştirakçı sertifikatı

Fərqlənən  iştirakçılar müştəri şirkətlərdə müvafiq İR vakansiyaları yarandıqca onlara iş üçün tövsiyyə edilə bilər.

Proqramın qiyməti: 440 AZN

Ödəniş növləri:

  • Birdəfəlik ödəniş – məbləğ tam şəkildə əvvəlcədən ödənilir (nağd şəkildə və ya *taksit kartları ilə)
  • Hissəli ödəniş – maksimum 2 hissəyə bölünməklə, hər növbəti ay üçün əvvəlcədən ödənilir

Qeyd 1: Bir kart və Bol kartla 2, 3 və 6 hissəli ödəniş mümkündür. Taksit kartları ilə ödəniş birdəfəlik ödəniş hesab edilir və birdəfəlik ödəniş üçün nəzərdə tutulan endirim şərtləri bu cür ödənişə də tətbiq edilir.
Qeyd 2: Taksit kartları ilə ödəniş istisna olmaqla ödənişlərdə Kişi kartı sahiblərinə 5% cashback verilir.

 

Endirimlər: 

  • Əvvəlcədən birdəfəlik ödəniş edildikdə 50 AZN endirim edilir.

 

Hissəli ödəniş:

MƏBLƏĞİLKİN ÖDƏNİŞİKİNCİ ÖDƏNİŞ
440240200

Kadr İnzibatçılığı kursu peşəkar HR mütəxəssislər tərəfindən tədris edilir.

Haqqımızda

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.

Bazarın dəyişən şərtləri və tələblərinə uyğun olaraq dəyişimə getmək istəmiş birçox şirkətlərin uğur hekayəsində əvəzsiz xidmətləri olmuş HR Option şirkəti hər zaman daha yaxşı bir həll yolu təklif etməkdədir.

Bizimlə Əlaqə

Telefon :

+994 55 200 80 27

 

E-poçt ünvanı :

info@hroption.az

 

Ünvan :

Albert Aqarunov 14A, Turan Biznes Mərkəzi, 2-ci mərtəbə (İqtisad Universitetinin Gənclik Binasının yaxınlığı)