+99450 373 57 37

Kadr İnzibatçılığı Təlimi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
+ Proqramın Haqqında
Məlumat
1) Proqramın Məqsədi

Kadr İnzibatçılığı kursunun əsas məqsədi iştirakçılarda İnsan Resurslarının əməliyyat qolu istiqamətində dərin və praktiki bilik, bacarıqlar formalaşdırmaq, onların nəzəri biliklərinin praktiki tətbiqi boşluğunu doldurmaqla iştirakçıların karyera inkişafına yardımçı olmaqdır.

2) Proqramın iştirakçıları

İnsan resursları sahəsində ixtisaslaşmaq istəyən tələbələr, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər, hal-hazırda İR sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

3) Proqramın metodikası
  • Qlobal və ölkə təcrübəsinin sinxronlaşmış qaydada praktik əsaslarla tədrisi
  • Müasir İnsan Resursları nəzəriyyələri və Əmək Qanunvericiliyinin bir arada təqdim edilməsi
  • İnsan Resursları peşəkarından tələb olunan bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Xüsusi LMS (Öyrənmə İdarəetmə Sistemi) üzərində iştirakçılara fərdi səhifələrin verilməsi
  • İştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Dərs vəsaitlərinə dərslərdən sonra da əlçatanlıq
  • Modullar üzrə praktik ev tapşırıqları, quiz-lər, fərdi və qrup çalışmalarının keçirilməsi
  • İmtahanların elektronlaşdırılması və imtahan bitdikdən sonra nəticələrin dərhal verilməsi
  • Keçirilən dərslərin tətbiqi üçün proses avtomatlaşmasının öyrədilməsi
  • Dərsləri daha yaxşı mənimsəmə üçün iştirakçılara mentorların təyini
  • Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

Modullar və submodullar

Modul 1 Ə.Q Çərçivəsində Kadr Kargüzarlığının İdarəedilməsi
35%
Qiymətləndirmə ağırlığı
35%
Tədris saatı
12
Submodulun adı
  • İşə Qəbul
  • İşdən azad etmə
  • İş və istirahət vaxtı
Modul 2 Ə.Q Çərçivəsində Əmək Haqqı Hesablanması
35%
Qiymətləndirmə ağırlığı
35%
Tədris saatı
12
Submodulun adı
  • Əməyin ödənilməsi
  • İşçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər
  • Dövlət qurumları ilə qarşılıqlı münasibətlər
Modul 3 İR Əməliyyatları üzrə Avtomatlaşdırılmış Sistemlərin Qurulması
30%
Qiymətləndirmə ağırlığı
30%
Tədris saatı
10
Submodulun adı
  • Avtomatlaşdırmaya Giriş
  • Datının daxil edilməsi (baza və məlumat cədvəllərin qurulması)
  • Emal (sənədlərin təsnifləşdirilməsi və inteqrasiyası)
  • Nəticələrin əks olunması (sənədlərin hazırlanması)

Proqramla Ətraflı Tanış Ol

Proqramla Ətraflı Tanış Ol

Kadr inzibatçılığı kursu

Kadr inzibatçılığı kursu (kadr kargüzarlığı kursu) İnsan Resursları sahəsində əmək münasibətlərinin düzgün idarə olunması, kadr sənədlərinin hazırlanması, əmək haqqının hesablanması və əmək qanunvericiliyinə uyğun HR əməliyyatlarının praktik şəkildə öyrədilməsi üçün hazırlanmış onlayn tədris proqramıdır.

Təlim müddətində iştirakçılar həm kadr inzibatçılığı, həm də kadr kargüzarlığı üzrə real iş mühitində tələb olunan bilik və bacarıqları sistemli şəkildə mənimsəyirlər.

  • Tədris müddəti: 34 saat
  • Modul sayı: 3 modul
  • Submodul sayı: 10 submodul
  • Tədris formatı: Onlayn (Google Meet + LMS)

Kadr inzibatçılığı (kadr kargüzarlığı) kursunun üstünlükləri

  • Əmək Qanunvericiliyi çərçivəsində kadr kargüzarlığı və kadr inzibatçılığı əməliyyatlarının birlikdə tədrisi
  • Kadr sənədlərinin, əmr və müqavilələrin düzgün hazırlanması bacarığının formalaşdırılması
  • Əmək haqqı, məzuniyyət və iş vaxtı uçotunun real HR nümunələri ilə izahı
  • Bir neçə saniyə ərzində kadr əməliyyatları sənədlərini hazırlayan avtomatlaşdırılmış sistemlərin qurulması
  • Case tapşırıqlar və simulyasiyalarla kadr inzibatçılığı biliklərinin möhkəmləndirilməsi
  • HR Option referansı ilə karyera inkişafında üstünlük

Kadr inzibatçılığı və kadr kargüzarlığı kursunun məqsədi

Bu kadr inzibatçılığı kursunun əsas məqsədi yerli əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığı işinin düzgün təşkili, əmək müqavilələrinin, əmr və ərizələrin hazırlanması, əmək haqqının hesablanması və HR hesabatlarının minimum xəta ilə icra edilməsini bacaran peşəkar kadr inzibatçıları yetişdirməkdir.


Kadr inzibatçılığı (kadr kargüzarlığı) kursu kimlər üçündür?

  • İnsan Resursları sahəsində kadr inzibatçısı və ya kadr kargüzarı kimi işləmək istəyənlər
  • HR sahəsinə yeni başlayan tələbələr və məzunlar
  • Başqa sahələrdən HR və kadr kargüzarlığı istiqamətinə keçmək istəyən şəxslər
  • Mövcud HR və kadr inzibatçılığı biliklərini praktik səviyyəyə daşımaq istəyən peşəkarlar

Qiymətləndirmə və sertifikatlaşdırma

  • 90% və yuxarı: Fərqlənmə diplomu
  • 75% – 89%: Müvəffəqiyyət diplomu
  • 50% – 74%: Diplom
  • 49% və aşağı: İştirakçı sertifikatı

Kadr inzibatçılığı və kadr kargüzarlığı sahəsində daha geniş bilik əldə etmək istəyənlər üçün HR MBA proqramı da tövsiyə olunur.

Müraciət formu