İnsan Resurslarının Planlaşdırılması təlimi
İnsan Resurslarının Planlaşdırılması təlimi real biznes mühitində
işçi qüvvəsinin düzgün planlaşdırılması, HR strategiyasının qurulması və
təşkilati ehtiyaclara uyğun insan kapitalının idarə olunması üçün hazırlanmış
praktik yönümlü peşəkar tədris proqramıdır.
Bu proqram iştirakçılara yalnız nəzəri biliklər deyil, eyni zamanda
İR planlama alətləri, modelləri və analitik yanaşmalar vasitəsilə
real təşkilati problemlərin həllini öyrədir.
İnsan Resurslarının Planlaşdırılması təliminin üstünlükləri
- İR planlama üzrə tələb olunan bacarıqlara qısa müddətdə yiyələnmə imkanı
- İşçi qüvvəsinin planlaşdırılması üçün istifadə olunan alət və modellərin dərindən öyrədilməsi
- Case tapşırıqlar və simulyasiyalarla biliklərin praktik tətbiqi
- Real biznes nümunələri üzərindən HR qərarvermə bacarıqlarının inkişafı
- Dərslərin video materiallar vasitəsilə təkrar izlənilməsi imkanı
- Proqramda fərqlənən iştirakçılar üçün HR Option referansı üstünlüyü
İnsan Resurslarının Planlaşdırılması təliminin məqsədi
Bu İR Planlama təliminin əsas məqsədi təşkilatlarda insan
resurslarına olan ehtiyacın düzgün proqnozlaşdırılması, işçi sayı və strukturunun
optimallaşdırılması, davamlılıq risklərinin azaldılması və HR strategiyasının
biznes hədəfləri ilə uyğunlaşdırılması bacarıqlarını formalaşdırmaqdır.
Təlim nəticəsində iştirakçılar işçi axınının analizi, mövcud və gələcək
ehtiyacların hesablanması, vəzifə və struktur planlaması kimi HR proseslərini
sistemli şəkildə idarə etməyi bacarırlar.
İnsan Resurslarının Planlaşdırılması təlimi kimlər üçündür?
- İşçi qüvvəsinin planlaşdırılması sahəsində çalışan HR mütəxəssisləri
- HR idarəçiliyinin digər sahələrindən İR Planlama istiqamətinə keçmək istəyənlər
- HR analitika və strateji planlama bacarıqlarını inkişaf etdirmək istəyən peşəkarlar
- Təşkilati struktur və işçi optimallaşdırılması ilə məşğul olan menecerlər
Tədris yanaşması və metodikası
- İnteraktiv müzakirələr və real situasiya analizləri
- Praktiki tapşırıqlar və HR simulyasiyalar
- Vizual modellər və strukturlaşdırılmış planlama üsulları
- İnsan Resursları planlamasında istifadə olunan müasir metodların tətbiqi
Bu yanaşma iştirakçıların yalnız bilik deyil, praktiki nəticə
əldə etməsinə fokuslanır.
Əlavə olaraq HR MBA proqramı ilə də tanış ola bilərsiniz.