+99450 373 57 37
info@hroption.az
HR Option > Təlim akademiyasının qurulması

Təlim akademiyasının qurulması

Xidmətin izahı: Müasir biznesin əsas problemlərindən məhz xüsusi vəzifələr üzrə işçi tapılması, yeni işçilərin qəbulu zamanı adaptasiyasının təmin olunması, təlim xərclərinin aşağı salınması və işdən çıxmalar zamanı yeni işçilərə çəkilmiş xərclərin aşağı salınmasıdır. Bu xidmət növündə yeni işə qəbul olan işçilərin gələcək iş fəaliyyətində səhvlərin minimuma endirilməsi üçün akademiyada təlim və oriyentasiya prosesi keçiriləcək. Nəticədə onlar şirkətin sistemini düzgün mənimsəyəcəklər.

Xidmətin faydaları:

  • İşçi sayının optimallaşdırılması
  • İşçi heyyətinin strukturlaşdırması
  • Vəzifə təlimatlarının aydın şəkildə bilinməsi
  • İşçi heyyətinin performans qiymətləndirməsi sisteminə dəstək
  • Əmək haqqı və bonus sisteminin qurulması sisteminə dəstək
  • Şirkətin hesabatlılığının təmin olunması
  • İşə qəbul prosesinə dəstək

Xidmətin davam etmə müddəti:  4-8 həftə

Gözlənilən nəticə: Şirkətdə təlim akademiyasının qurulması nəticəsində yeni işə qəbul olan işçilərin oryentasiya və adaptasiya prosesi sürətlənəcək, yeni işçilər mövcud sistemi daha dərindən mənimsəyəcək və şirkətin təlim xərcləri əhəmiyyətli səviyyədə aşağı salınaraq biznes fəaliyyəti yüksələcəkdir.