+99450 373 57 37
info@hroption.az
SAAT
MODUL
SUBMODUL

MENECMENT-MBA Proqramı

Özünü biznesə daha yaxın hiss et!

  • Əsas İdarəetmə funksiyalarının bir arada təqdim edilməsi
  • Proseslərin avtomatlaşdırılmasının tədrisi
  • İdarəetmə sistemlərinin qurulmasının öyrədilməsi
  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi
  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və iştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • İdarəetmə peşəkarından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Real layihələrdə yer almaq imkanının yaradılması
  • Fərqlənərək HR Option referansını qazanmaq şansı

Qeydiyyat Formu

Ətraflı məlumat

Proqramın məqsədi

MENECMENT MBA Öyrənmə Proqramı iştirakçılarda İdarəetmə sahəsində kompleks bilik və bacarıqlar formalaşdırmaq, onların biznesi daha yaxından hiss etməsinə yardımçı olmaqla müəssisənin müxtəlif idarəetmə funksiyalarında iştirakçıların uğurlu karyera qurmasına dəstək olmaqdır.

Proqramın iştirakçıları

Hal-hazırda İdarəetmənin hər-hansı bir  sahəsində çalışan və biznesin artan tələblərinə daha yaxşı cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər.

Proqramın tərkibi: Öyrənmə Proqramı 7 modul və 27 sub-moduldan ibarətdir.

 

Modullar və sub-modullar:


Modulun adı* Qiymətləndirmə ağırlığıTədris saatıSubmodulun adı
1Marketinq İdarəetməsi11%10• Giriş
• Qiymət Siyasəti və Distribusiya Kanalları
• Brendinq
• Marketinq Kommunikasiyaları və Rəqəmsal Marketinq
2Satışın İdarə Edilməsi11%8• Giriş
• Satışa Hazırlıq
• Satış Kommunikasiyasının Qurulması
• Qiymət razılaşması və satış sonrası fəaliyyətlər
3Təchizat Zəncirinin İdarə Edilməsi11%8• Təchizat zəncirinin qurulması
• Satınalma
• Logistika
• Anbarın idarə Edilməsi
4Maliyyə İdarəetməsi11%8• Giriş
• Maliyyə Hesabatları
• Proqnozlaşdırma və Analizlər
5İnsan Resurslarının İdarə Edilməsi11%8• Giriş / İnsan Resursları Planlaması
• İşə qəbul və Yerləşdirmə
• Performansın İdarə Edilməsi
• Motivasiya və Mükafatlandırma
6İdarəetmə Proseslərinin Avtomatlaşdırılması20%18• Giriş
• Datanın daxil edilməsi (input)
• Emal (process)
• Nəticələrin əks olunması (output)
7İdarəetmə Sistemlərinin Qurulması25%10• Satış Uçot Sisteminin Qurulması
• Müştəri Məmnuniyyətinin Ölçülməsi Sisteminin qurulması
• İşçi Performansının Qiymətləndirilməsi və Əmək Haqlarının Hesablanması Sisteminin Qurulması
• Prosedurların hazırlanması

* İştirakçının hər modul üzrə cədvəldə qeyd olunan müvafiq qiymətləndirmə ağırlığından çox olmayaraq əldə etdiyi faizlər sonda toplanır və iştirakçıya bu nəticəyə müvafiq diplom və ya sertifikat təqdim edilir. 

 

Proqramın müddəti: 4 ay / 70 saat

Tədris tezliyi: Həftədə 2 gün / 4 saat

Tədris saatları: 19:00-21:00

Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, Qrup işləri, Sub-modul və modul yoxlama testləri, İdarəetmə əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar

Tədris materialları: Təqdimat və paylama materialları, Test toplusu, onlayn sistemlər

Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq hər modul üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:

  • 90%-dən yuxarı – Fərqlənmə diplomu
  • 75%-89% – Müvəffəqiyyət diplomu
  • 50%-74% – Diplom
  • 49%-dən aşağı – İştirakçı sertifikatı

Fərqlənən iştirakçılara layihələrdə işləmək imkanı yaradılır və həmin iştirakçılar müştəri şirkətlərin müvafiq İdarəetmə şöbələrində vakansiyalar yarandıqca onlara iş üçün tövsiyyə edilə bilər.

MENECMENT MBA Öyrənmə Proqramı HR Option şirkətinin təsisçisi və direktoru Xəqani Səfərovun rəhbərliyi ilə həyata keçirilir. Proqramın müvafiq modulları sahə üzrə ixtisaslaşmış şirkət əməkdaşları və digər şirkətlərdən dəvət olunmuş peşəkarlar, həmçinin qonaq təqdimatçılar tərəfindən aparılacaqdır.

Xəqani Səfərov

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində strateji idarəetmə üzrə magistr dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında insan resurslarının idarə edilməsi fənnini tədris etmişdir. İdarəetmə sahəsindəki iş həyatına 2012-ci ildə Ulduz Şokalad Fabrikində İnsan Resursları şöbəsində başlamışdır.
Araz Retail MMC-də təlim, inkişaf və işə qəbul şöbəsinin müdiri və İR
departamentinin direktoru, Oba Pərakəndə şəbəkələrinin insan resursları üzrə rəhbəri, Gilan FMCG Ticarət və Distribusiya Qrupunun İR meneceri, Gilan Holding baş ofisinin insan resursları əməliyyatları üzrə meneceri, Avrora Şirkətlər Qrupunun İR və Təşkilati İnkişaf üzrə direktoru və müşahidə şurasının üzvü vəzifələrində çalışmışdır. 2018-ci ildə HR Option şirkətini təsis etmiş və şirkət direktoru vəzifəsini icra etməyə başlamışdır.

Proqramın qiyməti: 990 AZN

Ödəniş növləri:

  • Birdəfəlik ödəniş – məbləğ tam şəkildə əvvəlcədən ödənilir
  • Hissəli ödəniş – maksimum 4 hissəyə bölünməklə, hər növbəti ay üçün əvvəlcədən ödənilir

 

Endirimlər:

07.03.2021 tarixədək qeydiyyatdan keçib həmin tarixədək ilkin ödəniş edilərsə – 790 AZN

  • Birdəfəlik ödəniş edənlərə 100 AZN güzəşt var.

 

Hissəli ödəniş

MƏBLƏĞİLKİN ÖDƏNİŞII ÖDƏNİŞIII ÖDƏNİŞIV ÖDƏNİŞ
990300230230230
790250180180180

TEZ-TEZ VERİLƏN SUALLAR VƏ CAVABLARI

FAQ

Proqramın qiyməti 990 AZN-dir.

İştirakçılara aşağıdakı hallarda endirimli qiymət təklif edilir:

Endirimlər:

  • 07.03.2021 tarixədək qeydiyyatdan keçib həmin tarixədək ilkin ödəniş edilərsə – 790 AZN
  • Hissəli ödəniş mümkündür
    •Birdəfəlik ödəyənlərə 100 AZN güzəşt var.

MENECMENT-MBA proqramına 2021-ci il aprel ayının 3-dən etibarən başlamaq planlaşdırılır.

Proqramın 4 ay (70 saat) davam etməsi nəzərdə tutulur. Sessiyalar həftədə 2 dəfə, saat 19:00-21:00 arasında keçiriləcəkdir.

MENECMENT- MBA proqramı İdarəetmənin ayrı-ayrı modullarını: Marketinq, Satış, Təchizat Zənciri, Maliyyə, İnsan Resursları idarəetməsini əhatə edir.  Həmçinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılmasıİdarəetmə Sistemlərinin Qurulması da 0-dan iştirakçılara öyrədilir. Proqramın mövzuları ilə menecment-mba.hroption.az saytının “Tədris Proqramı” bölməsində ətraflı tanış ola bilərsiniz.

Proqram Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov (keçmiş Həsən Əliyev) küçəsi 14A ünvanında (İqtisad Universitetinin Gənclik binasının yaxınlığı, Turan Biznes Mərkəzi, 2-ci mərtəbə) tədris olunacaq.

Proqramı uğurla və yaxşı nəticələrlə başa vuran iştirakçılara şirkətin layihələrində işləmə imkanının yaradılması planlaşdırılır, həmçinin onların müştəri şirkətlərə iş üçün tövsiyyə edilməsi də mümkündür.

Proqramda Xəqani Səfərovla yanaşı başqa təlimatçıların da iştirakı nəzərdə tutulub. Proqramın müvafiq modulları şirkətin təsisçisi və direktoru Xəqani Səfərovun rəhbərliyi ilə həmin modullar üzrə ixtisaslaşmış, idarəetmə sahəsində yerli və xarici ali məktəblərdə bakalavr və magistr dərəcəsi almış şirkət əməkdaşları, həmçinin digər şirkətlərdən dəvət olunmuş İdarəetmə peşəkarları tərəfindən keçirilir.

Proqram beynəlxalq və yerli təcrübələri, işəgötürənlərin əməkdaşlardan idarəetmə üzrə səriştə tələblərini, sahə üzrə çalışan və çalışmaq istəyən şəxslərin baza ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təəssüf ki, proqramdakı mövzuların iştirakçı istəyinə özəl ixtisarı mümkün deyil.

Təəssüf ki, proqrama sonradan və hər-hansı bir hissədən qoşulmaq mümkün deyil. Proqram kompleks şəkildə təqdim olunur və iştirakçıların proqramın başlama vaxtından etibarən sessiyalara qoşulması nəzərdə tutulur. Proqramdan istənilən an çıxmaq mümkündür, bu halda proqramın ödənişi iştirakçı tərəfindən tam şəkildə ödənilir.

Üzrlü səbəblərdən müəyyən sessiyaları buraxmış iştirakçılar üçün tədrisin kompensasiya olunması yalnız növbəti proqrama start verildikdə proqramın imkanları yetərli olduğu təqdirdə mümkün ola bilər.

Proqramın mənimsənilməsi hər bir sub-modul və modul sessiyaları ərzində təqdim edilən yazılı yoxlama sualları, tapşırıqlar, qrup işi, fərdi ev tapşırıqlarının yoxlanması və nəticəyə müvafiq balların verilməsi ilə qiymətləndirilir. Qeyd edək ki, hər bir modul üzrə toplanan ballar modul üzrə təyin olunmuş qiymətləndirmə ağırlığına vurulmaqla həmin modul üzrə mənimsəmə faizi, bütün modullar üzrə mənimsəmə faizi toplanaraq proqramı mənimsəmə faizi tapılır. Proqramı mənimsəmə faizindən asılı olaraq iştirakçıya “Fərqlənmə diplomu”,”Müvəffəqiyyət diplomu”,”Diplom” və ya “İştirakçı Sertifikatı” təqdim edilir.

Haqqımızda

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.

Bazarın dəyişən şərtləri və tələblərinə uyğun olaraq dəyişimə getmək istəmiş birçox şirkətlərin uğur hekayəsində əvəzsiz xidmətləri olmuş HR Option şirkəti hər zaman daha yaxşı bir həll yolu təklif etməkdədir.

İndi Qeydiyyatdan Keç

Bizimlə Əlaqə

Telefon :

+994 50 373 57 37

 

E-poçt ünvanı :

info@hroption.az

 

Ünvan :

Albert Aqarunov 14A, Turan Biznes Mərkəzi, 2-ci mərtəbə (İqtisad Universitetinin Gənclik Binasının yaxınlığı)