Sınaq müddəti — yeni işə qəbul olunan əməkdaşın:
vəzifəyə uyğunluğu,
bacarıqları,
davranışları,
işə yanaşması
şirkət tərəfindən müşahidə edilən və rəsmi şəkildə qiymətləndirilən dövrdür.
Sadə dillə desək, sınaq müddəti — “Bu əməkdaş bu rola və şirkətə uyğundurmu?” sualına cavab tapmaq üçün verilən zamandır.
Adətən sınaq müddəti:
1 ay
2 ay
3 ay
olur və bu müddət şirkətin daxili qaydalarına və əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Sınaq müddəti yalnız əməkdaşı yoxlamaq üçün deyil, qarşılıqlı uyğunluğu ölçmək üçündür.
Şirkət üçün:
Əməkdaş vəzifənin öhdəsindən gələ bilirmi?
Komanda ilə işləyə bilirmi?
Şirkət dəyərlərinə uyğundurmu?
Əməkdaş üçün:
İş gözləntilərimlə uyğun gəlirmi?
Bu mühit mənə uyğundurmu?
Rəhbərlik və komanda ilə effektiv işləyə bilərəmmi?
Ən böyük səhv sınaq müddətinin plansız və subyektiv aparılmasıdır.
Yeni əməkdaş bilməlidir:
ondan nə gözlənilir,
hansı nəticələr uğur sayılır,
sınaq müddətinin sonunda nəyin qiymətləndiriləcəyi.
Nümunə:
“3 ayın sonunda sən bu 3 prosesi müstəqil şəkildə icra edə bilməlisən.”
Qiymətləndirmə yalnız “xoşuma gəldi / gəlmədi” yanaşması ilə aparılmamalıdır.
Əsas meyarlar:
iş tapşırıqlarının icrası,
öyrənmə sürəti,
məsuliyyət və intizam,
ünsiyyət və komanda işi,
geri bildirimlərə açıq olması.
Yeni əməkdaşın səhv etməsi normaldır. Əsas məsələ onun səhvə yanaşmasıdır.
Diqqət edilməli suallar:
səhvdən nəticə çıxarırmı?
kömək istəyirmi?
eyni səhvi təkrar edirmi?
Nümunə:
Tapşırıq gecikib, amma əməkdaş:
əvvəlcədən xəbər verib,
səbəbi izah edib,
həll yolu təklif edib.
Bu, müsbət davranışdır.
Feedback — əməkdaşa performansı ilə bağlı verilən rəy və yönləndirmədir.
Sınaq müddətində feedback yalnız sonda deyil, proses ərzində verilməlidir. Əks halda əməkdaş nəyi düzgün etdiyini, nəyi dəyişməli olduğunu bilməz.
Sınaq müddətinin sonunda mütləq:
qısa görüş,
yazılı və ya şifahi rəy,
qərar (davam, uzadılma və ya xitam)
olmalıdır.
Unutmaq olmaz ki, sınaq müddətində əməkdaş hələ öyrənir. Bu səbəbdən yalnız nəticəyə deyil, yanaşmaya, inkişaf dinamikasına və öyrənmə istəklərinə də diqqət yetirilməlidir.
Səhvlər normaldır, lakin eyni səhvin təkrar olunması və geri bildirimlərə qapalı olmaq risk siqnallarıdır. Sınaq müddətinin məqsədi əməkdaşı “saxlamaq” deyil, uyğunluğu düzgün ölçməkdir.
Düzgün ölçülən uyğunluq isə sağlam komanda, aşağı işçi dövriyyəsi və güclü işə qəbul prosesinin əsasını təşkil edir.
HR Option, insan resursları inkişaf mərkəzi