+99450 373 57 37
HR Option > Performans İdarəetməsi təlimi

Performansın İdarəedilməsi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
Proqram Haqqında
Məlumat
1) Proqramın Məqsədi

HR MBA Öyrənmə Proqramı iştirakçılarda İnsan Resursları sahəsində kompleks bilik və bacarıqlar formalaşdırmaq, onların nəzəri biliklərinin praktiki tətbiqi boşluğunu doldurmaqla iştirakçıların karyera inkişafına yardımçı olmaqdır.

2) Proqramın iştirakçıları

İnsan resursları sahəsində ixtisaslaşmaq istəyən tələbələr, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər, hal-hazırda İR sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

3) Proqramın metodikası
  • Qlobal və ölkə təcrübəsinin sinxronlaşmış qaydada praktik əsaslarla tədrisi
  • Müasir İnsan Resursları nəzəriyyələri və Əmək Qanunvericiliyinin bir arada təqdim edilməsi
  • İnsan Resursları peşəkarından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Xüsusi LMS (Öyrənmə İdarəetmə Sistemi) üzərində iştirakçılara fərdi səhifələrin verilməsi
  • İştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Dərs vəsaitlərinə dərslərdən sonra da əlçatanlıq
  • Modullar üzrə praktik ev tapşırıqları, quiz-lər, fərdi və qrup çalışmalarının keçirilməsi
  • İmtahanların elektronlaşdırılması və imtahan bitdikdən sonra nəticələrin dərhal verilməsi
  • Keçirilən dərslərin tətbiqi üçün proses avtomatlaşmasının öyrədilməsi
  • Dərsləri daha yaxşı mənimsəmə üçün iştirakçılara mentorların təyini
  • Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

Modullar və submodullar

M. 1 Biznes idarə etməsi
5%
Qiymətləndirmə ağırlığı
5%
Tədris saatı
2
Submodulun adı
  • Strateji düşüncə və qərarvermə
  • Əməliyyatların idarə edilməsi
  • Komanda idarəetməsi və liderlik
M. 2 İnsan Resurslarının İdarə Edilməsi
30%
Qiymətləndirmə ağırlığı
30%
Tədris saatı
34
Submodulun adı
  • İnsan Resursları Planlaması
  • İşə qəbul və Yerləşdirmə
  • Öyrənmə və İnkişaf
  • Performansın idarə edilməsi
  • Karyeranın idarə edilməsi
  • Əməyin ödənilməsi
M. 3 Kadr kargüzarlığı və əmək haqqının hesablanması
25%
Qiymətləndirmə ağırlığı
25%
Tədris saatı
20
Submodulun adı
  • İşə Qəbul
  • İşdən azad etmə
  • İş və istirahət vaxtı
  • Əməyin ödənilməsi
  • İşçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər
  • Dövlət qurumları ilə qarşılıqlı münasibətlər
M. 4 İnsan Resursları Proseslərinin Avtomatlaşdırılması
20%
Qiymətləndirmə ağırlığı
20%
Tədris saatı
18
Submodulun adı
  • Datının daxil edilməsi
  • Emal
  • Nəticələrin əks olunması
M. 5 İnsan Resursları Sistemlərinin Qurulması
20%
Qiymətləndirmə ağırlığı
20%
Tədris saatı
16
Submodulun adı
  • İnsan Resursları Planlaması
  • İşə qəbul
  • Performansın Qiymətləndirilməsi
  • Əməyin ödənilməsi
  • Prosedurların hazırlanması
Müddət
1 ay
Format
Əyani/Hibrid
Tezlik
Həftədə 1/Şənbə
Saat
10:00–14:00 / 14:00–18:00

Performansın idarəedilməsi təlimi

Performansın idarəedilməsi təlimi şirkətlərdə məqsədlərin düzgün qoyulması, KPI/PI göstəricilərinin seçilməsi, işçi davranışı və nəticələr üzrə qiymətləndirmənin qurulması, eləcə də menecer–işçi dialoqunu gücləndirən praktiki performans sisteminin yaradılması üçün hazırlanıb.

Təlimin əsas fokusunda “formal qiymət vermək” yox, performansı idarə etmək dayanır: hədəflərin planlanması, inkişaf planlarının hazırlanması, qiymətləndirmənin ədalətli aparılması və nəticələrin təşkilati qərarlara çevrilməsi.


Bu təlim sizə nə qazandırır?

  • Performans idarəetməsi üzrə tələb olunan bacarıqlara qısa müddətdə yiyələnmə
  • Case tapşırıqlar və simulyasiyalarla biliklərin möhkəmləndirilməsi
  • İştirakçılar üçün onlayn fərdi səhifələr və nəticələr üzrə məxfiliyin qorunması
  • Dərs videolarını təkrar izləmə imkanı
  • Təlimçi ilə interaktiv sessiyalar və fərdi sual-cavab imkanı
  • Fərqlənərək HR Option referansı ilə karyerada irəliləmək üstünlüyü

Performansın idarəedilməsi təliminin məqsədi

Təlimin məqsədi iştirakçılarda sahə üzrə ixtisaslaşmış nəzəri bilikpraktiki bacarıqlar formalaşdırmaq, bizneslərin və əmək bazarının tələbinə uyğun performans vərdişləri yaratmaqla karyera inkişafına dəstək olmaqdır.


Kimlər üçün uyğundur?

  • Performansın idarə edilməsi və qiymətləndirilməsi sahəsində çalışan HR peşəkarları
  • HR idarəçiliyinin digər sahələrindən performans istiqamətinə keçmək istəyənlər
  • Rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi hədəfləyənlər
  • Komanda performansını ölçmək və inkişaf etdirmək istəyən menecerlər

Təlimdə hansı mövzular öyrədilir?

1) Giriş və əsas anlayışlar

  • İnsan Resurslarının funksiyaları və performansla əlaqəsi
  • Performansın idarəedilməsi nədir və məqsədi
  • Səriştə (kompetensiya) yanaşması və səriştə matrisi

2) Performansın idarəedilməsi mərhələləri

  • İlkin şərtlərin müəyyənləşdirilməsi: missiya, vizyon, dəyərlər və hədəflər
  • İş (vəzifə) haqqında məlumatlar və gözlənilən nəticə/davranışların planlanması
  • İnkişaf planının hazırlanması
  • Tətbiq prosesi: işçi və menecer məsuliyyətləri
  • Qiymətləndirmə: səriştə əsaslı və hədəf əsaslı yanaşmalar
  • PI/KPI göstəriciləri və qiymətləndirmə zamanı diqqət edilən məqamlar
  • Performansın nəzərdən keçirilməsi, yenilənməsi və təkmilləşdirilməsi

3) Səriştə əsaslı qiymətləndirmə metodları

  • Ranking, Paired comparison, Forced distribution
  • Critical incidents, Graphic rating scale
  • BARS (davranışlara əsaslanan qiymətləndirmə), 360° qiymətləndirmə
  • Metodların müsbət və mənfi tərəfləri, praktik çalışmalar

4) Hədəf əsaslı performans qiymətləndirməsi

  • Hədəf, nəticə və performansın hesablanması
  • KPI-ların düz və tərs formada hesablanması qaydası
  • Qiymətləndirmənin əmək haqqı və mükafatlarla əlaqələndirilməsi yanaşmaları
  • Performansa əsaslı əmək haqqı sisteminə keçid modelləri

Nəticə

Performans sistemi düzgün qurulanda nəticə yalnız “ballar” olmur. Şirkət daha aydın hədəflər, daha şəffaf gözləntilər, daha ədalətli qiymətləndirmə və daha güclü inkişaf mədəniyyəti qazanır. Bu təlim, performansın idarəedilməsini “proses” kimi qurmaq istəyənlər üçün praktik yol xəritəsidir.

Müraciət formu