Performansın idarəedilməsi təlimi
Performansın idarəedilməsi təlimi şirkətlərdə məqsədlərin düzgün qoyulması,
KPI/PI göstəricilərinin seçilməsi, işçi davranışı və nəticələr üzrə qiymətləndirmənin qurulması,
eləcə də menecer–işçi dialoqunu gücləndirən praktiki performans sisteminin yaradılması üçün hazırlanıb.
Təlimin əsas fokusunda “formal qiymət vermək” yox, performansı idarə etmək dayanır:
hədəflərin planlanması, inkişaf planlarının hazırlanması, qiymətləndirmənin ədalətli aparılması və
nəticələrin təşkilati qərarlara çevrilməsi.
Bu təlim sizə nə qazandırır?
- Performans idarəetməsi üzrə tələb olunan bacarıqlara qısa müddətdə yiyələnmə
- Case tapşırıqlar və simulyasiyalarla biliklərin möhkəmləndirilməsi
- İştirakçılar üçün onlayn fərdi səhifələr və nəticələr üzrə məxfiliyin qorunması
- Dərs videolarını təkrar izləmə imkanı
- Təlimçi ilə interaktiv sessiyalar və fərdi sual-cavab imkanı
- Fərqlənərək HR Option referansı ilə karyerada irəliləmək üstünlüyü
Performansın idarəedilməsi təliminin məqsədi
Təlimin məqsədi iştirakçılarda sahə üzrə ixtisaslaşmış nəzəri bilik və
praktiki bacarıqlar formalaşdırmaq, bizneslərin və əmək bazarının tələbinə uyğun
performans vərdişləri yaratmaqla karyera inkişafına dəstək olmaqdır.
Kimlər üçün uyğundur?
- Performansın idarə edilməsi və qiymətləndirilməsi sahəsində çalışan HR peşəkarları
- HR idarəçiliyinin digər sahələrindən performans istiqamətinə keçmək istəyənlər
- Rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi hədəfləyənlər
- Komanda performansını ölçmək və inkişaf etdirmək istəyən menecerlər
Təlimdə hansı mövzular öyrədilir?
1) Giriş və əsas anlayışlar
- İnsan Resurslarının funksiyaları və performansla əlaqəsi
- Performansın idarəedilməsi nədir və məqsədi
- Səriştə (kompetensiya) yanaşması və səriştə matrisi
2) Performansın idarəedilməsi mərhələləri
- İlkin şərtlərin müəyyənləşdirilməsi: missiya, vizyon, dəyərlər və hədəflər
- İş (vəzifə) haqqında məlumatlar və gözlənilən nəticə/davranışların planlanması
- İnkişaf planının hazırlanması
- Tətbiq prosesi: işçi və menecer məsuliyyətləri
- Qiymətləndirmə: səriştə əsaslı və hədəf əsaslı yanaşmalar
- PI/KPI göstəriciləri və qiymətləndirmə zamanı diqqət edilən məqamlar
- Performansın nəzərdən keçirilməsi, yenilənməsi və təkmilləşdirilməsi
3) Səriştə əsaslı qiymətləndirmə metodları
- Ranking, Paired comparison, Forced distribution
- Critical incidents, Graphic rating scale
- BARS (davranışlara əsaslanan qiymətləndirmə), 360° qiymətləndirmə
- Metodların müsbət və mənfi tərəfləri, praktik çalışmalar
4) Hədəf əsaslı performans qiymətləndirməsi
- Hədəf, nəticə və performansın hesablanması
- KPI-ların düz və tərs formada hesablanması qaydası
- Qiymətləndirmənin əmək haqqı və mükafatlarla əlaqələndirilməsi yanaşmaları
- Performansa əsaslı əmək haqqı sisteminə keçid modelləri
Nəticə
Performans sistemi düzgün qurulanda nəticə yalnız “ballar” olmur. Şirkət daha aydın hədəflər,
daha şəffaf gözləntilər, daha ədalətli qiymətləndirmə və daha güclü inkişaf mədəniyyəti qazanır.
Bu təlim, performansın idarəedilməsini “proses” kimi qurmaq istəyənlər üçün praktik yol xəritəsidir.