+99450 373 57 37

Motivasiya və Mükafatlandırma Təlimi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
Proqram Haqqında
Məlumat
1) Proqramın Məqsədi

Motivasiya və Mükafatlandırma təliminin məqsədi təşkilatlarda əməkdaş performansını, məmnuniyyəti və bağlılığı artıran motivasiya mexanizmlərini sistemli şəkildə qurmağı iştirakçılara öyrətməkdir. Proqram iştirakçılara maddi və qeyri-maddi mükafatlandırma alətlərini KPI və nəticə əsaslı yanaşma ilə real iş mühitində tətbiq etməyi, ədalətli və ölçüləbilən modellər formalaşdırmağı qazandırır. Nəticədə şirkətdə motivasiyanı təsadüfi deyil, idarə olunan prosesə çevirərək istedadların saxlanmasını gücləndirir və biznes nəticələrinə birbaşa təsir yaradırsınız.

2) Proqramın iştirakçıları

Bu proqram hal-hazırda əməyin ödənilməsi, işçi motivasiyası və mükafatlandırma sahəsində çalışan, eləcə də bu sahədə biliklərini dərinləşdirərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək istəyən peşəkarlar üçün nəzərdə tutulub. Eyni zamanda İnsan Resurslarının digər istiqamətlərindən motivasiya, mükafatlandırma və İR planlama sahəsinə keçmək və bu sahədə ixtisaslaşmaq istəyən şəxslər üçün uyğundur.

3) Proqramın metodikası
  • Qlobal və ölkə təcrübəsinin sinxronlaşmış qaydada praktik əsaslarla tədrisi
  • Müasir İnsan Resursları nəzəriyyələri və Əmək Qanunvericiliyinin bir arada təqdim edilməsi
  • İnsan Resursları peşəkarından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • İştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Dərs vəsaitlərinə dərslərdən sonra da əlçatanlıq
  • Modullar üzrə praktik ev tapşırıqları, quiz-lər, fərdi və qrup çalışmalarının keçirilməsi
  • Təqdimatlar, İnteraktiv müzakirələr, praktiki nümunələr və çalışmalar
  • Rəsmi restifikatla təltif edilmə
  • Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

Modullar və submodullar

M. 1 Giriş
25%
Proqramdakı ağırlığı 25%
Submodulun adı
  • Motivasiya və Mükafatlandırma İnsan Resursları idarəetməsinin funksiyalarından biri kimi
  • Motivasiya və Mükafatlandırmanın digər İR funksiyaları ilə qarşılıqlı əlaqəsi
M. 2 Motivasiya
25%
Proqramdakı ağırlığı 25%
Submodulun adı
  • Motivasiya anlayışı
  • Motivasiya ilə iş mühitinin formalaşdırılması
  • Yüksək motivasiya faktorları
  • Motivasiya nəzəriyyələri
  • Maddi və qeyri-maddi motivasiya
  • Praktiki çalışmalar (fərdi və qrup işləri)
M. 3 İşçi bağlılığı
25%
Proqramdakı ağırlığı 25%
Submodulun adı
  • İşçi bağlılığı nədir
  • İşçi bağlılığına təsir göstərən faktorlar
  • İşçi bağlılığın ölçülməsi
  • İşçi bağlılığını necə artırmaq olar?
M. 4 Mükafatlandırma
25%
Proqramdakı ağırlığı 25%
Submodulun adı
  • Əmək haqqının sabit və dəyişən növləri
  • Stimullaşdırma sistemləri
  • Maddi və qeyri-maddi mükafatlandırma
  • Total mükafatlandırma
  • Mükafatlandırma sistemi və onun məqsədi
  • İş dəyərləndirməsi (dərəcələndirmə)
  • İş dəyərləndirməsinin metodları
  • Dərəcələndirmə (Grading) ilə əmək haqqı siyasətinin müəyyənləşdirilməsi
  • Digər kriteriyalara görə əlavə ödənişlər
  • Baza ödəniş sistemləri
  • Praktiki çalışmalar (fərdi və qrup işləri)
Müddət
1 ay
Format
Əyani/Hibrid
Tezlik
Həftədə 1/Şənbə
Saat
10:00–14:00: 10:00–14:00

Motivasiya və Mükafatlandırma Sistemi təlimi

Motivasiya və Mükafatlandırma Sistemi təlimi təşkilatlarda əməkdaşların motivasiya olunması, əməyinin ədalətli və effektiv şəkildə qiymətləndirilməsi və mükafatlandırılması üçün istifadə olunan model, alət və sistemlərin öyrədilməsinə yönəlmiş praktik tədris proqramıdır.

Təlim boyunca iştirakçılar motivasiya anlayışını yalnız maliyyə müstəvisində deyil, davranış, bağlılıq və performansla əlaqəli strateji HR aləti kimi dərk etməyi və real biznes mühitində tətbiq etməyi addım-addım öyrənirlər.

  • Proqram tərkibi: 4 əsas modul
  • Fokus: Motivasiya və mükafatlandırma sistemlərinin qurulması və idarə edilməsi
  • Nəticə: Effektiv motivasiya və mükafatlandırma sistemi qura bilən HR mütəxəssis

Təlimin üstünlükləri və faydaları

  • Motivasiya və mükafatlandırma sahəsində tələb olunan əsas bacarıqlara qısa zamanda yiyələnmək
  • Əməkdaşların motivasiya edilməsi və əməyinin adekvat qarşılığının müəyyənləşdirilməsi üçün alətlərin dərindən mənimsənilməsi
  • Biliklərin tapşırıqlar və praktiki nümunələr üzərindən tətbiqi
  • İşçi bağlılığı və performansın artırılmasına yönəlmiş sistemli yanaşmanın formalaşdırılması
  • Proqramda fərqlənərək HR Option referansı qazanmaq imkanı

Təlim proqramının tərkibi

Təlim 4 əsas moduldan ibarətdir və motivasiya, işçi bağlılığı, mükafatlandırma və əmək haqqı sistemlərinin qurulması üzrə əsas mərhələləri əhatə edir.

  • Modul 1 – Giriş: Motivasiya və mükafatlandırmanın İnsan Resursları idarəetməsində rolu, digər HR funksiyaları ilə qarşılıqlı əlaqəsi
  • Modul 2 – Motivasiya: Motivasiya anlayışı, motivasiyalı iş mühitinin formalaşdırılması, motivasiya faktorları və əsas motivasiya nəzəriyyələri, maddi və qeyri-maddi motivasiya alətləri
  • Modul 3 – İşçi bağlılığı: İşçi bağlılığı anlayışı, bağlılığa təsir edən amillər, işçi bağlılığının ölçülməsi və artırılması yolları
  • Modul 4 – Mükafatlandırma: Əmək haqqının növləri, stimullaşdırma sistemləri, maddi və qeyri-maddi mükafatlandırma, vəzifələrin qiymətləndirilməsi, dərəcələndirmə (grading), baza və əlavə ödəniş sistemləri

Praktiki iş və case-lər

Təlim çərçivəsində iştirakçılar motivasiya və mükafatlandırma üzrə real iş mühitində qarşılaşılan problemlər üzərində işləyir, fərdi və qrup tapşırıqları vasitəsilə biliklərini praktikaya tətbiq edirlər.

  • Motivasiya alətlərinin seçimi üzrə case-lər
  • İşçi bağlılığının ölçülməsi üzrə praktiki nümunələr
  • Mükafatlandırma və əmək haqqı strukturlarının qurulması
  • Dərəcələndirmə və stimullaşdırma modelləri

Təlimin məqsədi

Təlimin əsas məqsədi iştirakçılarda motivasiya və mükafatlandırma sahəsi üzrə nəzəri bilik və praktik bacarıqlar formalaşdırmaq, əmək bazarının tələblərinə uyğun effektiv HR yanaşmaları qazandırmaq və karyera inkişafını dəstəkləməkdir.


Təlim kimlər üçündür?

  • Əməyin ödənilməsi, motivasiya və mükafatlandırma sahəsində çalışan HR mütəxəssisləri
  • İnsan Resurslarının digər sahələrindən bu istiqamətə keçmək istəyənlər
  • HR planlama və mükafatlandırma sistemləri üzrə ixtisaslaşmaq istəyən peşəkarlar
  • Şirkətində motivasiya və performansı artırmaq istəyən rəhbərlər

Yekun nəticə

Təlimin sonunda iştirakçılar motivasiya və mükafatlandırma sistemlərini təşkilatın strategiyasına uyğun şəkildə qurmağı, işçi performansı və bağlılığını artıran mexanizmləri effektiv şəkildə tətbiq etməyi bacarırlar.

Müraciət formu
Araç çubuğuna atla