+99450 373 57 37
HR Option > Bloq > blog @tr > Karyera Dəstək Akademiyası
  • HROPTION
  • Yorum yapılmamış
Karyera Dəstək Akademiyası

HR Option tərəfindən hazırlanan Real Karyera Akademiyası Proqramı uzun illər tələbələrlə birbaşa iş təcrübəsi, əmək bazarının ehtiyacları, universitet təhsilinin real həyatla uyğunluğu və sosial çevrə tələbləri nəzərə alınaraq hazırlanmışdır. Proqram iştirakçılara nəyisə itirmək qorxusu ilə deyil, onu əldə etmək ambisiyası ilə hərəkət etmələrini təmin etmək məqsədi ilə hazırlanmışdır.

İlk modulda iştirakçıların güclü və zəif tərəfləri müəyyən edilir, real biznes və korporativ mühitin qaydaları, iş həyatı ilə bağlı qeyri-dəqiq məlumatlara aydınlıq gətirilir.
Növbəti modulda iştirakçılar real dünya baxışı, güclü mindset, özgüvən və ambisiya üzərində çalışaraq düşüncə qəliblərini aşmağı öyrənirlər. Proqramın üçüncü mərhələsi “beynəlxalq şəxsi inkişaf metodologiyalarında” 10 illərdir istifadə edilən düşüncə tərzinin inkişafına yönəlib. Bu mərhələdə gənclərə yalnız karyera deyil, fərqindəlik, yaxın çevrənin lazımsız təsirlərindən etik şəkildə uzaqlaşmaq, şablonlaşmış düşüncə qəliblərinin aşılması, neqativ və effektiv olmayan (tənbəl, bivec, pessimist v.s) düşüncə modelindən azad olmaq, maliyyə vəziyyətinin səmərəli istifadə olunması aşılanır. Dəyişikliyin aşılanmasında dünya bestseller kitabları, elmi araşdırmalar, ekspert Elgün Oruclunun 10 illik korporativ bilgi və müvafiq bilgilərin karyera inkişafında istifadə edilməsi düşüncələrindən faydalanılır.

Universitet təhsili tələbələrə əsasən nəzəri biliklər təqdim edir. Lakin real iş mühiti, korporativ strukturlar və biznes dünyasının işləmə prinsipləri haqqında praktiki biliklər çox zaman tədris prosesində kifayət qədər izah edilmir. Bu səbəbdən bir çox tələbə və yeni məzun iş həyatına daxil olduqda gözləntiləri ilə real vəziyyət arasında fərq görür və erkən mərhələdə demotivasiya ilə qarşılaşır.

Hazırlanan Real Karyera Hazırlığı Proqramı tələbə və yeni məzunların iş həyatına yalnız texniki biliklərlə deyil, həm də real biznes anlayışı və güclü düşüncə sistemi ilə daxil olmalarını təmin edir. Proqram gənclərin özlərini daha yaxşı tanımalarına, əmək bazarının real tələblərini anlamalarına və karyera istiqamətlərini daha düzgün müəyyən etmələrinə kömək edir.

Proqramın Məqsədi və Yanaşması

Proqram iştirakçılara nəyisə itirmək qorxusu ilə deyil, onu əldə etmək ambisiyası ilə hərəkət etmələrini təmin etmək məqsədi ilə hazırlanmışdır. İştirakçılar, yalnız karyera üçün deyil, həm də həyat baxışını formalaşdırmaq üçün dəstəklənir, yaxın çevrənin neqativ təsirindən etik şəkildə uzaqlaşmaq və düşüncə qəliblərini aşmaq öyrədilir.

Proqramın Struktur və Əsas İstiqamətləri

1. Psixotip Analizi və Özünü Tanıma

Proqramın ilk mərhələsində iştirakçıların güclü və zəif tərəfləri müəyyən edilir. Analiz nəticəsində hər iştirakçının fərdi xüsusiyyətləri, davranış modelləri və potensial inkişaf istiqamətləri öyrənilir. Bu mərhələ gənclərə özlərini daha yaxşı tanımaq və karyera seçimlərini daha rasional şəkildə etmək imkanı verir.

2. Real Biznes və Korporativ Mühitin Tanıdılması

İştirakçılara real biznes mühiti aşılanır. Universitetdə öyrənilən nəzəri biliklərin real tətbiqi ilə iş həyatının fərqləri göstərilir. Bu mərhələdə:

  • Şirkət strukturları
  • Vəzifə sistemləri
  • Departamentlərin funksiyaları
  • Qərarvermə prosesləri
  • İş mühitində münasibətlər

barəsində geniş məlumat verilir. İştirakçılar istənilən vəzifə və struktur haqqında suallar verərək korporativ həyatın real tərəflərini öyrənirlər.

3. Real Dünya Baxışı və Güclü Mindset Quruculuğu

Bu mərhələdə gənclərin düşüncə tərzinin inkişafına fokuslanılır. Təlim aşağıdakı mövzuları əhatə edir:

  • Şüur və şüuraltı mesajların təsiri
  • Bədən və ruh sağlamlığı
  • Həyata rasional və oyun prinsipi ilə baxış
  • Düşüncə qəliblərinin aşılması
  • Negativ və kasıb düşüncə modelindən uzaqlaşmaq
  • Yüksək mindset və ambisiya formalaşdırmaq
  • Yaxın çevrənin neqativ təsirindən etik şəkildə uzaqlaşmaq

Burada dünya bestseller kitabları, elmi araşdırmalar və ekspert Elgün Oruclunun 10 illik korporativ bilgi təcrübəsi tətbiq edilir.

4. Kitablar, Elmi Məqalələr və Analitik Mütaliə

Dünya üzrə tanınmış kitablar, elmi araşdırmalar və şəxsi inkişaf hekayələri oxunur və analiz edilir. Bu mərhələ iştirakçıların analitik düşüncə bacarıqlarını inkişaf etdirir və fərqindəlik səviyyəsini artırır.

5. Nəticələrin Təhlili və Fərdi Karyera Yol Xəritəsi

Proqramın son mərhələsində iştirakçıların psixotip analizləri yenidən qiymətləndirilir və mentor tərəfindən əlavə diaqnoz qoyulur. İştirakçılara fərdi inkişaf planları, tövsiyə edilən kurslar və akademik materiallar təqdim olunur. Hər bir iştirakçı ilə fərdi yekun görüş keçirilir və karyera yol xəritəsi hazırlanır.

Praktiki Təcrübə və Müəssisə Ziyarətləri

Proqram çərçivəsində iştirakçılar müxtəlif müəssisələrə ziyarət edərək real korporativ mühiti müşahidə edir. Bu təcrübələr gənclərin iş mühitini yerində öyrənməsinə və biznes prosesləri ilə tanış olmasına imkan yaradır.

Proqramın Nəticəsi

Proqramı bitirən gənclər:

  • Özlərini daha yaxşı tanıyır
  • Real iş mühitini anlayır
  • Əmək bazarının tələblərini dərk edir
  • Güclü düşüncə sistemi formalaşdırır
  • Karyera istiqamətini daha dəqiq müəyyən edir

Beləliklə, iştirakçılar iş həyatına adi məzun kimi deyil, real fərqindəlik və strateji düşüncə ilə daxil olan gənc peşəkarlar kimi başlayırlar. Proqram həm karyera dəyişikliyi etmək istəyən, həm də iş axtarışında olan ən az ali məktəb tələbəsi və yeni məzun olmuş şəxslər üçün nəzərdə tutulub.

Author: HROPTION

Bir cevap yazın