Müasir təşkilatlarda İnsan Resursları (İR) yalnız işə qəbul və sənədləşmə ilə məhdudlaşmır. İR-in ən strateji funksiyalarından biri İnsan Resurslarının planlaşdırılmasıdır. Düzgün aparılmayan İR planlaşdırması şirkətdə kadr çatışmazlığına və ya artıq işçi yükünə səbəb olur. Bu isə səmərəsizlik yaradır.
Bu məqalədə İnsan Resurslarının planlaşdırılmasının mahiyyəti və bu proses çərçivəsində həyata keçirilən əsas fəaliyyətlər – vəzifə təlimatları, iş axışları (workflow), iş analizi, iş yükü analizi və strukturun qurulması sadə izah və real nümunələrlə təqdim olunur.
İnsan Resurslarının planlaşdırılması – təşkilatın mövcud və gələcək hədəflərinə çatmaq üçün doğru zamanda, doğru sayda və doğru bacarıqlara malik işçi heyətinin təmin olunması prosesidir.
Vəzifə təlimatı konkret bir vəzifənin:
məqsədini
vəzifə öhdəliklərini
səlahiyyətlərini
hesabatlı olduğu şəxsi
tələb olunan bilik, bacarıq və təcrübəni
özündə əks etdirən rəsmi sənəddir. Bu sənəd əməkdaşın gördüyü işlər və rəhbərliyin ondan gözləntilərinin aydın olması üçün vacibdir.
Niyə vacibdir?
İşə qəbul zamanı doğru namizədin seçilməsinə kömək edir
Əməkdaşdan gözləntiləri aydınlaşdırır
Performansın ölçülməsini asanlaşdırır
İş axışı işin hansı ardıcıllıqla, kim tərəfindən və hansı mərhələlərdən keçərək icra edildiyini göstərən proses xəritəsidir.
Niyə vacibdir?
Proseslərdəki xaosu aradan qaldırır
Təkrar işlərin qarşısını alır
Vaxt və resurs itkilərini azaldır
İş analizi konkret vəzifənin məzmununun dərindən öyrənilməsi prosesidir. Burada işin:
nə etdiyi
necə etdiyi
hansı bacarıqlarla icra edildiyi
hansı şəraitdə yerinə yetirildiyi
təhlil olunur.
Niyə vacibdir?
Düzgün vəzifə təlimatının hazırlanması üçün əsas yaradır
Təlim ehtiyaclarını müəyyən etməyə kömək edir
Əməkhaqqı sisteminin formalaşdırılmasında istifadə olunur
Nümunə:
“Mühasib” vəzifəsi üçün aparılan iş analizi göstərir ki, bu rol:
yalnız uçot aparmır
vergi hesabatları hazırlayır
ERP sistemləri ilə işləyir
audit proseslərində iştirak edir
Bu analiz nəticəsində vəzifə tələbləri real vəziyyətə uyğunlaşdırılır.
İş yükü analizi əməkdaşın üzərinə düşən iş həcminin vaxt və resurs baxımından ölçülməsidir.
Niyə vacibdir?
Artıq və ya az iş yükünü müəyyən edir
Əlavə işçi ehtiyacını əsaslandırır
Əməkdaşın tükənməsinin (burnout) qarşısını alır
Nümunə:
Bir HR mütəxəssisi ayda 80–100 işçi üzrə əməliyyatlar aparır, eyni zamanda işə qəbul, onboarding və hesabatları icra edir. İş yükü analizi göstərir ki, bu həcm bir nəfər üçün effektiv deyil və ya əlavə HR əməkdaşı, ya da funksiyaların bölünməsi tələb olunur.
Strukturun qurulması şirkətdə bölmələrin, vəzifələrin və hesabatlılıq əlaqələrinin sistemli şəkildə formalaşdırılmasıdır.
Niyə vacibdir?
“Kim kimə tabedir?” sualını aydınlaşdırır
Səlahiyyət toqquşmalarının qarşısını alır
İdarəetməni sadələşdirir
İnsan Resurslarının planlaşdırılması sadəcə kağız üzərində aparılan proses deyil. Bu, şirkətin uzunmüddətli uğurunun əsasını təşkil edən strateji yanaşmadır.