HR-MBA Proqramı

Real biznesdə tətbiq et, daha yaxşı öyrən
Proqramın üstünlükləri:
  • Müasir İR nəzəriyyələri və Əmək Qanunvericiliyinin bir arada təqdim edilməsi

  • Proseslərin avtomatlaşdırılmasının tədrisi

  • İR sistemlərinin qurulmasının öyrədilməsi

  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi

  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və iştirakçı nəticələri üzrə məxfiliyin qorunması

  • İR peşəkarından tələb olunan kompleks bacarıqlara qısa zamanda yiyələnmək şansı

  • Real layihələrdə yer almaq imkanının yaradılması

  • Fərqlənərək HR Option referansını qazanmaq şansı

Qeydiyyat Formu

Ətraflı məlumat

Proqramın məqsədi

HR MBA Öyrənmə Proqramı iştirakçılarda İnsan Resursları sahəsində kompleks bilik və bacarıqlar formalaşdırmaq, onların nəzəri biliklərinin praktiki tətbiqi boşluğunu doldurmaqla iştirakçıların karyera inkişafına yardımçı olmaqdır.

Proqramın iştirakçıları

İnsan resursları sahəsində ixtisaslaşmaq istəyən tələbələr, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər, hal-hazırda İR sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

Proqramın tərkibi: Öyrənmə Proqramı 4 modul və 20 sub-moduldan ibarətdir.

Modullar və sub-modullar:

Modulun adı * Qiymətləndirmə ağırlığı Tədris saatı Submodulun adı
1 İnsan Resurslarının İdarə Edilməsi 30% 24
  • İnsan Resursları Planlaması
  • İşə qəbul və Yerləşdirmə
  • Öyrənmə və İnkişaf
  • Performansın idarə edilməsi
  • Karyeranın idarə edilməsi
  • Əməyin ödənilməsi
2 Əmək Qanunvericiliyi Çərçivəsində Kadr İnzibatçılığının (kargüzarlığı) İdarə Edilməsi 25% 18
  • İşə Qəbul
  • İşdən azadetmə
  • İş və istirahət vaxtı
  • Əməyin ödənilməsi
  • İşçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər
  • Dövlət qurumları ilə qarşılıqlı münasibətlər
3 İnsan Resursları Proseslərinin Avtomatlaşdırılması 20% 12
  • Datanın daxil edilməsi
  • Emal
  • Nəticələrin əks olunması
3 İnsan Resursları Sistemlərinin Qurulması 25% 16
  • İnsan Resursları Planlaması
  • İşə qəbul
  • Performansın Qiymətləndirilməsi
  • Əməyin ödənilməsi
  • Təşkilati inkişaf

* İştirakçının hər modul üzrə cədvəldə qeyd olunan müvafiq qiymətləndirmə ağırlığından çox olmayaraq əldə etdiyi faizlər sonda toplanır və iştirakçıya bu nəticəyə müvafiq diplom və ya sertifikat təqdim edilir.

Proqramın müddəti: 4 ay / 72 saat

Tədris tezliyi: Həftədə 2 gün / 4 saat

Tədris saatları: 19:00-21:00

Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, Qrup işləri, Sub-modul və modul yoxlama testləri, İR əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar

Tədris materialları: Təqdimat və paylama materialları, Əmək Məcəlləsi, Əmək Qanunvericiliyi Toplusu, Test toplusu, onlayn sistemlər

Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq hər modul üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:

  • • 90%-dən yuxarı - Fərqlənmə diplomu
  • • 75%-89% - Müvəffəqiyyət diplomu
  • • 50%-74% - Diplom
  • • 49%-dən aşağı – İştirakçı sertifikatı

Müvəffəqiyyət və Fərqlənmə diplomu alan iştirakçılara HR Option-un layihələrində işləmək imkanı yaradılır və həmin iştirakçılar müştəri şirkətlərdə müvafiq İR vakansiyaları yarandıqca onlara iş üçün tövsiyyə edilə bilər.

HR MBA Öyrənmə Proqramı HR Option şirkətinin təsisçisi və direktoru Xəqani Səfərovun rəhbərliyi ilə həyata keçirilir. Proqramın müvafiq modulları sahə üzrə ixtisaslaşmış şirkət əməkdaşları və digər şirkətlərdən dəvət olunmuş peşəkarlar, həmçinin qonaq təqdimatçılar tərəfindən aparılacaqdır.

Xəqani Səfərov

İdarəetmə sahəsindəki iş həyatına 2012-ci ildə Ulduz Şokalad Fabrikində İnsan Resursları şöbəsində başlamışdır. 2015-cı ildə Araz Retail MMC-də ardıcıl olaraq təlim və inkişaf şöbəsinin müdiri, təlim, inkişaf və işə qəbul şöbəsinin müdiri və insan resursları departamentinin direktoru vəzifəsinə yüksəlmişdir. 2016-cı ildə Oba Pərakəndə şəbəkələrinin insan resursları üzrə rəhbəri olan Xəqani Səfərov 2016-cı ildə Gilan FMCG Ticarət və Distribusiya Qrupunun İnsan resursları meneceri işlədikdən sonra Gilan Holdinqin baş ofisində insan resursları əməliyyatları üzrə menecer vəzifəsinə yüksəlmişdir.
O, iş həyatı ilə yanaşı akademik fəaliyyət ilə də məşğuldur və insan resurslarının idarə edilməsi sahəsində ali məktəblərdə fənn tədris edir. Həmçinin idarəetmə sahəsində individiual və korporativ təlimlər keçir.

Xəqani Səfərov hal-hazırda təsçisi və direktoru olduğu HR Option şirkətində çalışır.

Proqramın qiyməti: 690 / 790 / 990 AZN
Ödəniş növləri:
• Birdəfəlik ödəniş – məbləğ tam şəkildə əvvəlcədən ödənilir
• Hissəli ödəniş – 1 ilkin ödəniş və 3 aylıq ödənişdən ibarət olmaqla (maksimum 4 hissəyə bölünməklə) hər növbəti ay üçün əvvəlcədən ödənilir
Endirimlər:

• 30.12.2019 tarixədək qeydiyyatdan keçib həmin tarixədək birdəfəlik ödəniş edilərsə - 690 AZN

• 30.12.2019 tarixədək qeydiyyatdan keçib həmin tarixədək ilkin ödəniş edilərsə - 790 AZN


Hissəli ödəniş:

Məbləğ İlkin ödəniş II ödəniş III ödəniş IV ödəniş
990 330 220 220 220
790 310 160 160 160
Tez-tez verİlən suallar və cavabları

FAQ

Azərbaycan dili

Proqramın qiyməti 990 AZN-dir.

İştirakçılara aşağıdakı hallarda endirimli qiymət təklif edilir:

Endirimlər:

• 30.12.2019 tarixədək qeydiyyatdan keçib həmin tarixədək ilkin ödəniş edilərsə - 790 AZN

  • Hissəli ödəniş mümkündür
  • Bir başa ödəyənlərə 100 AZN güzəşt var.

HR MBA proqramına 2020-ci ilin Yanvar ayının 24-dən etibarən başlamaq planlaşdırılır.

Proqramın 4 ay (72 saat) davam etməsi nəzərdə tutulur. Sessiyalar həftədə 2 dəfə, saat 19:00-21:00 arasında keçiriləcəkdir.

HR MBA proqramı İR idarəetməsinin həm ayrı-ayrı modullarını (İR Planlama, İşə Qəbul, Öyrənmə və İnkişaf, Performansın İdarə Edilməsi, Karyeranın İdarə Edilməsi, Əməyin Ödənilməsi), həm də Əmək Qanunvericiliyini əhatə edir. Bununla yanaşı İR Proseslərinin AvtomatlaşdırılmasıİR Sistemlərinin Qurulması da 0-dan iştirakçılara öyrədilir. Proqramın mövzuları ilə hr-mba.hroption.az saytının “Tədris Proqramı” bölməsində ətraflı tanış ola bilərsiniz.

Proqram Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov (keçmiş Həsən Əliyev) küçəsi 14A ünvanında (İqtisad Universitetinin Gənclik binasının yaxınlığı, Turan Biznes Mərkəzi, 2-ci mərtəbə) tədris olunacaq.

Proqramı uğurla və yaxşı nəticələrlə başa vuran iştirakçılara şirkətin layihələrində işləmə imkanının yaradılması planlaşdırılır, həmçinin onların müştəri şirkətlərə iş üçün tövsiyyə edilməsi də mümkündür.

Proqramda Xəqani Səfərovla yanaşı başqa təlimatçıların da iştirakı nəzərdə tutulub. Proqramın müvafiq modulları şirkətin təsisçisi və direktoru Xəqani Səfərovun rəhbərliyi ilə həmin modullar üzrə ixtisaslaşmış, idarəetmə sahəsində yerli və xarici ali məktəblərdə bakalavr və magistr dərəcəsi almış şirkət əməkdaşları, həmçinin digər şirkətlərdən dəvət olunmuş İR peşəkarları tərəfindən keçirilir.

Proqram beynəlxalq və yerli təcrübələri, işəgötürənlərin əməkdaşlardan insan resursları üzrə səriştə tələblərini, sahə üzrə çalışan və çalışmaq istəyən şəxslərin baza ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təəssüf ki, proqramdakı mövzuların iştirakçı istəyinə özəl ixtisarı mümkün deyil.

Təəssüf ki, proqrama sonradan və hər-hansı bir hissədən qoşulmaq mümkün deyil. Proqram kompleks şəkildə təqdim olunur və iştirakçıların proqramın başlama vaxtından etibarən sessiyalara qoşulması nəzərdə tutulur. Proqramdan istənilən an çıxmaq mümkündür, bu halda proqramın ödənişi iştirakçı tərəfindən tam şəkildə ödənilir.

Üzrlü səbəblərdən müəyyən sessiyaları buraxmış iştirakçılar üçün tədrisin kompensasiya olunması yalnız növbəti proqrama start verildikdə proqramın imkanları yetərli olduğu təqdirdə mümkün ola bilər.

Proqramın mənimsənilməsi hər bir sub-modul və modul sessiyaları ərzində təqdim edilən yazılı yoxlama sualları, tapşırıqlar, qrup işi, fərdi ev tapşırıqlarının yoxlanması və nəticəyə müvafiq balların verilməsi ilə qiymətləndirilir. Qeyd edək ki, hər bir modul üzrə toplanan ballar modul üzrə təyin olunmuş qiymətləndirmə ağırlığına vurulmaqla həmin modul üzrə mənimsəmə faizi, bütün modullar üzrə mənimsəmə faizi toplanaraq proqramı mənimsəmə faizi tapılır. Proqramı mənimsəmə faizindən asılı olaraq iştirakçıya “Fərqlənmə diplomu”,”Müvəffəqiyyət diplomu”,”Diplom” və ya “İştirakçı Sertifikatı” təqdim edilir.

Haqqımızda

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.

Bazarın dəyişən şərtləri və tələblərinə uyğun olaraq dəyişimə getmək istəmiş birçox şirkətlərin uğur hekayəsində əvəzsiz xidmətləri olmuş HR Option şirkəti hər zaman daha yaxşı bir həll yolu təklif etməkdədir.

Təcrübələrimiz


İndi Qeydiyyatdan Keç

Bizimlə Əlaqə

Telefon :
+994 50 373 57 37
E-poçt ünvanı :
[email protected]
Ünvan :

Albert Aqarunov 14A, Turan Biznes Mərkəzi, 2-ci mərtəbə (İqtisad Universitetinin Gənclik Binasının yaxınlığı)