Süni intellekt və HR öyrənmə proqramı
Süni intellekt və HR proqramı HR Option tərəfindən hazırlanmış,
qlobal ehtiyaclar, müasir HR tələbləri və gələcəyin insan resursları yanaşmaları nəzərə alınaraq
formalaşdırılmış praktik tədris proqramıdır. Proqramın əsas ideyası iştirakçıya yalnız hazır “alətlər” göstərmək deyil,
süni intellektlə işləmə yanaşmasını öyrədərək gələcəkdə yaranacaq yeni HR ehtiyaclarına uyğun həll qurma bacarığı qazandırmaqdır.
Proqramın məzmunu Udemy, Coursera, Google Learning, YouTube, LinkedIn Learning, qlobal akademik məqalələr və yerli bazar trendlərindən
faydalanaraq hazırlanmışdır. Təlimin strukturu əvvəlcə süni intellekti dərk etməyi, sonra effektiv prompt yaratma texnikalarını praktiki tətbiq etməyi
və daha sonra HR proseslərini intellekt əsaslı avtomatlaşdırmağı mərhələli şəkildə öyrədir.
- Proqram tərkibi: 8 modul
- Fokus: HR proseslərinin süni intellekt + avtomatlaşdırma ilə “intellektli” şəkildə qurulması
- Nəticə: HR üzrə AI yanaşmasını mənimsəmiş, sərbəst sistem qura bilən mütəxəssis
Təlimin üstünlükləri və faydaları
- Süni intellektlə düzgün işləmə yanaşması və “effektiv tapşırıq vermə” (prompt) bacarığı
- 31 əsas prompt yaratma texnikasının praktiki şəkildə tətbiqi
- Süni intellektin potensialı və limitlərini anlayaraq riskli sahələrdə düzgün qərar vermək
- HR proseslərinin böyük hissəsini AI dəstəkli avtomatlaşdırmaq üçün praktiki həllər
- Yerli bazar HR ehtiyaclarına uyğun sistem qurmaq bacarığı
- Gələcəkdə ortaya çıxacaq yeni HR avtomatlaşdırma ehtiyacları üçün “təmir-təkmilləşdirmə düşüncəsi” qazanmaq
Təlim proqramının tərkibi
Proqram 8 moduldan ibarətdir və iştirakçını sıfırdan başlayaraq
süni intellekti anlama, effektiv prompt qurma, AI alətlərini tanıma və HR proseslərini tam avtomatlaşdırma mərhələsinə qədər aparır.
- Modul 1 (2 saat) – Süni və real intellekt: Enerji, kainat, zəka, frekans; emosional və rasional zəka; insan və süni intellekt; gələcək perspektivlər
- Modul 2 (2 saat) – Süni intellekt nədir, necə işləyir?: GPT anlayışı; Transformer arxitekturası; OpenAI API
- Modul 3 (4 saat) – Prompt Engineering: Effektiv sorğu yazılması; 31 prinsip; yaxşı/pis prompt nümunələri; limitlər və etik qaydalar; praktiki tapşırıq
- Modul 4 (4 saat) – Süni intellekt ümumi nəyə qadirdir?: İş həyatı və gündəlik yaşam tətbiqləri; API və avtomatlaşdırma; inteqrasiya alətləri (Zapier, Make, DALL·E, Bubble, CloudConvert, PDF.Co, ATS, PhantomBuster və s.); praktiki test
- Modul 5 (2 saat) – AI və HR: yerli və qlobal perspektiv: HR üçün effektiv promptlar; qlobal HR tətbiqləri; sənədlərlə iş; yerli bazarda HR avtomatlaşdırma; praktiki test
- Modul 6 (14 saat) – HR, süni intellekt və tam avtomatlaşdırma: Google alətləri ilə avtomatlaşdırma; Job Description; CV analizi; LinkedIn headhunt; ilkin rəy; reject/approved; mail və görüş; icmal və reporting; daxili kommunikasiya; məmnuniyyət ölçümü; həftəlik/aylıq hesabatlar; HR kargüzarlıq; HR analitika; praktiki test
- Modul 7 (2 saat) – Öz sistemini qur: fərdi layihə; avtomatlaşdırılmış sistemin qurulması; Google Sites ilə daxili baza və panelin hazırlanması
- Modul 8 – Ümumi yekun və müzakirə: yekun nəticələr; tətbiq planı; sual-cavab
Praktiki iş və case-lər
Proqram boyunca hər mövzu praktik tapşırıqlarla möhkəmləndirilir. Xüsusilə 6 və 7-ci modullarda iştirakçılar HR proseslərinin
real iş mühitində avtomatlaşdırılmasını addım-addım tətbiq edir və sonunda öz sistemini qurur.
- Prompt testləri və real ssenarilər üzrə praktiki tapşırıqlar
- CV analizi və namizəd dəyərləndirməsinin avtomatlaşdırılması
- Görüş təyini, mail cavabları və icmal/reporting avtomatlaşdırmaları
- Daxili kommunikasiya, reminder və məmnuniyyət ölçümü sistemləri
- HR kargüzarlıq, sənəd şablonları, məzuniyyət/ezamiyyə kimi proseslərin avtomatlaşdırılması
- Fərdi layihə: şəxsi daxili panel/site üzərindən vahid sistemin qurulması
Təlimin məqsədi
Proqramın məqsədi iştirakçıya süni intellekti düzgün yönləndirməyi, effektiv prompt yaratma texnikalarını mənimsətməyi,
AI alətlərinin imkan və limitlərini öyrətməyi və HR proseslərini “smart” deyil,
intellektli avtomatlaşdırma yanaşması ilə idarə edə bilmə bacarığı qazandırmaqdır.
Təlim kimlər üçündür?
- İnsan resurslarında çalışan və HR proseslərini avtomatlaşdırmaq istəyənlər
- HR Generalist kimi inkişaf etmək və HR-də AI ekspertliyinə yönəlmək istəyənlər
- Öz biznesini idarə edən sahibkarlar və əməliyyat proseslərini optimallaşdırmaq istəyən rəhbərlər
- Komanda performansını ölçən, analitik hesabatlar hazırlayan və sistem yanaşması quran şəxslər
- Texniki şöbə ilə yaxın işləyən HR və əməliyyat yönümlü mütəxəssislər
Təlim kimlər üçün deyil?
- Texnoloji yeniliklərə marağı olmayan və dəyişikliklərə adaptasiya etmək istəməyən şəxslər
- Kompyuter istifadəsi və ofis proqramı bilikləri çox aşağı olanlar
- İnsan resursları sahəsində 6 aydan az təcrübəsi olan çox başlanğıc səviyyəli şəxslər
- 22 yaşdan kiçik və ya 45 yaşdan böyük müraciətçilər üçün uyğun hesab edilmir
Yekun nəticə
Təlimin sonunda iştirakçılar süni intellektlə işləmə yanaşmasını mənimsəyərək HR proseslərinin böyük hissəsini
avtomatlaşdırmağı, yeni ehtiyac yarandıqda həmin ehtiyac üçün uyğun həll dizayn etməyi və öz daxili sistemini qurmağı bacarırlar.