+99450 373 57 37

Avtomatlaşdırılmış Kadr Sənədləşməsi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
Proqram Haqqında
Məlumat
1) Proqramın Məqsədi

“Avtomatlaşdırılmış Kadr Sənədləşməsi (AKS)” təliminin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində Kadr Kargüzarlığı işinin təşkili üzrə əmrlər, ərizələr, bildirişlər, statistik hesabatlar və s. tipli sənədlərin minimum xətayla, bir neçə saniyə ərzində hazırlanması və arxivlənməsinə dair bilik və bacarıqlara sahib olan müasir və çevik kadr inzibatçısı hazırlamaqdır.

2) Proqramın iştirakçıları

İnsan Resursları əməliyyatları (Kadr Kargüzarlığı) sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək, həmçinin karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

3) Təlimin üstünlükləri və metodikası
  • Kadr əməliyyatları sənədlərini avto. hazırlayan sistemlərin qurulmasının öyrədilməsi
  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi
  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi
  • İştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Kadr inzibatçısından tələb olunan sürətli və sistemli işləmək vərdişlərinə yiyələnmək şansı
  • İstənilən yerdən və istənilən zaman nəticələrə, tədris materiallarına onlayn əlçatanlıq
  • Rəsmi sertifikatla təltif olunma
  • Fərqlənərək HR Option referansını qazanmaq və karyerada irəliləmək imkanı

Modullar və submodullar

M. 1 Avtomatlaşdırmaya giriş
25%
Proqramdakı ağırlığı
25%
Tədris saatı
2
Submodulun adı
  • Avtomatlaşdırma nədir?
  • Onlayn avtomatlaşdırma platformasında iş panelləri ilə tanışlıq
  • Bulud (cloud) sisteminin menyuları ilə tanışlıq
  • Platformanın funksiyaları ilə tanışlıq
  • Onlayn əməl cədvəlinin menyu və submenyuları ilə tanışlıq
  • Cədvəldə sətir və sütunların bərkidilməsi
  • Çoxseçimli siyahı (drop-down) və filtr tətbiqi
  • 8) və s.
M. 2 Datanın daxil edilməsi (baza məlumat cədvəllərin qurulması)
25%
Proqramdakı ağırlığı
25%
Tədris saatı
2
Submodulun adı
  • Ana Siyahı cədvəli
  • Əmr cədvəlləri (işə qəbul, xitam və s.)
  • Ştat vahidinin yaradılması və ləğv edilməsi
  • Müqavilə cədvəlləri (əmək müqaviləsi və s.)
  • Əmək müqaviləsinə dəyişiklik / əlavə cədvəli
  • Ərizə və bildiriş cədvəlləri
  • Praktiki tapşırıqlar
  • 8) və s.
M. 3 Emal (sənədlərin təsnifatlaşdırılması və inteqrasiyası)
25%
Proqramdakı ağırlığı
25%
Tədris saatı
4
Submodulun adı
  • Ana qovluqlarının yaradılması
  • Mənbə və hədəf qovluqlarının yaradılması
  • Data cədvəllərinin mənbə fayllarına inteqrasiyası
  • Avtomatlaşdırma üçün proqram tətbiqinin endirilməsi
  • Avtomatlaşdırılacaq sənəd qrupunun seçilməsi
  • Mənbə fayl + cədvəlin inteqrasiyası
  • Səlahiyyətli əməkdaşlara qovluq və fayllara giriş icazəsi
  • 8) və s.
M. 4 Nəticələrin əks olunması (sənədlərin hazırlanması)
25%
Proqramdakı ağırlığı
25%
Tədris saatı
2
Submodulun adı
  • Hazır sənədlərin avtomatik çıxarılması
  • Sənədlərin hazırlanması tezliyinin aktivləşdirilməsi
  • Bütün və ya seçilmiş sənədlərin avtomatik hazırlanması
  • Hazır sənədlərin avtomatik qovluqlarda yerləşdirilməsi
  • Sənədlərin ümumi qovluqlara göndərilməsi
  • Sənədlərin xüsusi qovluqlara göndərilməsi
  • Praktiki tapşırıqlar
  • 8) və s.
Müddət
3 həftə
Format
Onlayn
Tezlik
Həftədə 2/II - V
Saat
20:00–22:00

Avtomatlaşmış Kadr Sənədləşməsi təlimi

Avtomatlaşmış Kadr Sənədləşməsi təlimi yerli əmək qanunvericiliyi çərçivəsində kadr kargüzarlığı işinin sistemli təşkili, əmr, ərizə, bildiriş, statistik hesabatlar və digər kadr sənədlərinin minimum xətabir neçə saniyə ərzində hazırlanması və arxivlənməsi üçün praktik bilik və bacarıqlar qazandıran tədris proqramıdır.

Təlim boyunca iştirakçılar kadr sənədləşməsi prosesini “əllə hazırlamaq” yanaşmasından çıxarıb, cədvəllər, qovluqlar və inteqrasiyalar üzərindən işləyən avtomatlaşdırılmış kadr kargüzarlığı sistemi qurmağı addım-addım öyrənirlər.

  • Proqram tərkibi: 4 modul + yekun tapşırıq
  • Fokus: Kadr sənədlərinin avtomatik hazırlanması və arxivləşdirilməsi
  • Nəticə: Avtomatlaşdırılmış kadr kargüzarlığı sisteminin qurulması

Təlimin üstünlükləri və faydaları

  • Bir neçə saniyə ərzində kadr əməliyyatları sənədlərini hazırlayan avtomatlaşdırılmış sistemlərin qurulmasının öyrədilməsi
  • Biliklərin case-tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi
  • İştirakçılara onlayn fərdi səhifələrin verilməsi və iştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Kadr inzibatçısından tələb olunan sürətli və sistemli işləmək vərdişlərinə yiyələnmək şansı
  • Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı
  • Dərslərin videoyazılarının təqdim edilməsi

Təlim proqramının tərkibi

Təlim 4 modulyekun tapşırıqdan ibarətdir. Proqramın məqsədi kadr sənədlərinin yaradılması, təsnifatlaşdırılması, inteqrasiyası və nəticələrin avtomatik əldə olunması mərhələlərini iştirakçıya praktik şəkildə öyrətməkdir.

  • Giriş: Avtomatlaşdırma anlayışı, onlayn platformanın iş panelləri və əsas funksiyaları ilə tanışlıq
  • Praktiki baza: Cədvəl əməliyyatları (sətir/sütun bərkitmə, çoxseçimli siyahılar, filterləmə, sürətli əməliyyatlar, səhifə idarəetməsi, oflayn yadda saxlama)
  • Data qurulması: Baza məlumat cədvəllərinin yaradılması və sənəd qruplarının hazırlanması
  • Emal və inteqrasiya: Qovluqların qurulması, mənbə/hədəf fayllar, cədvəllərin mənbə fayllara inteqrasiyası, səlahiyyətlərin verilməsi
  • Nəticələrin çıxarılması: Sənədlərin avtomatik hazırlanması, tezliyin aktivləşdirilməsi, seçilmiş və ya bütün sənədlərin hazırlanması, qovluqlara avtomatik yerləşdirilməsi

Öyrəniləcək sənəd qrupları

Təlimdə kadr inzibatçılığında ən çox istifadə olunan sənəd qrupları üzərində praktiki iş aparılır. İştirakçılar sənədləri cədvəl üzərindən idarə etməyi və avtomatik çıxarmağı öyrənirlər.

  • Ana siyahı cədvəli
  • Əmr cədvəlləri: İşə qəbul və xitam, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, ştat vahidinin yaradılması və ləğv edilməsi
  • Müqavilə cədvəlləri: Əmək müqaviləsi, tam maddi məsuliyyət müqaviləsi, kommersiya sirrinin qorunması haqqında müqavilə
  • Ərizə / bildiriş cədvəlləri: İşə qəbul ərizəsi, işdən azadolunma ərizəsi, ixtisar-xəbərdarlıq bildirişi

Təlimin məqsədi

«Avtomatlaşdırılmış Kadr Sənədləşməsi» təliminin məqsədi yerli əmək qanununvericiliyi çərçivəsində kadr kargüzarlığı işinin təşkilini sistemləşdirmək, əmr, ərizə, bildiriş, statistik hesabatlar və digər sənədlərin minimum xəta ilə və bir neçə saniyə ərzində hazırlanması və arxivlənməsi üzrə bilik və bacarıqlara sahib olan müasir və çevik kadr inzibatçısı formalaşdırmaqdır.


Təlim kimlər üçündür?

  • İnsan Resursları əməliyyatları (kadr kargüzarlığı) sahəsində çalışan peşəkarlar
  • Sahənin artan tələblərinə daha yaxşı cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək istəyənlər
  • Karyera yüksəlişi üçün daha sürətli, sistemli və avtomatlaşdırılmış iş yanaşması qurmaq istəyənlər

Qiymətləndirmə və sertifikatlaşdırma

  • 90% və yuxarı: Fərqlənmə diplomu
  • 75% – 89%: Müvəffəqiyyət diplomu
  • 50% – 74%: Diplom
  • 49% və aşağı: İştirakçı sertifikatı

Yekun qiymətləndirmə ümumi bala əsaslanır. Diplom və sertifikatlar, təlim sessiyalarının ən azı 2/3-nə qatılan iştirakçılara təqdim edilir.


Yekun tapşırıq

Təlimin sonunda iştirakçılar avtomatlaşdırılmış kadr kargüzarlığı sistemini sıfırdan quraraq yekun tapşırığı tamamlayırlar. Bu tapşırıq proqram boyunca öyrənilən bütün mərhələlərin bir sistem daxilində tətbiqinə əsaslanır.

Müraciət formu