+99450 373 57 37

HR Avtomatlaşdırma + AI

Saat
1
Modul
1
Submodul
1
Zəmanət
1%
+ Proqram Haqqında
Məlumat
1) Kursun auditoriyası

Proqram İnsan Resurslarında çalışanlar və ya müəssisələrdə ümumi əməliyyatların icrasını həyata keçirənlər və öz biznesini idarəedən sahibkarlar üçün nəzərdə tutulmuşdur. Bir başqa sözlə, proqram HR (İnsan resursları) istiqamətli hazırlanmışdır və HR-nın işləmə prinsipindən məlumatlı olanlar üçün daha faydalıdır.

Proqram texniki yeniliklərə maraqlı olmayanlar, kompyuterdən istifadə imkanları ortadan az olanlar və yaşı 22-dən az, 45-dən çox olanlar üçün uyğun deyildir. Qeyd edilmiş xüsusiyyətləri daşıyan müraciətçilərin proqramda iştirakı nəzərdə tutulmamışdır.

2) Kursun məqsədi

Təlim iştirakçısı işlədiyi müəssisədə və ya fərdi şəkildə yerli əmək bazarı HR ehtiyaclarına uyğun bütün həlləri avtomatlaşdıra biləcəkdir. Yəni, təlimi bitirmiş şəxslər ödənişsiz və çox kiçik ödənişlərlə professional səviyyədə HR əsaslı proqram təminatı qura biləcəklər. Bu isə iştirakçıları əmək bazarında axtarılan İnsan Resursları əməkdaşı, daxili sistem təminatçısı edəcəkdir.

3) Kursun faydaları və üstünlükləri

İş həyatında fayda: Təlim iştirakçısı işlədiyi müəssisədə və ya fərdi şəkildə yerli əmək bazarı HR ehtiyaclarına uyğun bütün həlləri avtomatlaşdıra biləcəkdir. Təlimi bitirmiş şəxslər ödənişsiz və çox kiçik ödənişlərlə professional səviyyədə HR əsaslı proqram təminatı qura biləcəklər. Bu isə iştirakçıları əmək bazarında axtarılan İnsan Resursları əməkdaşı, daxili sistem təminatçısı edəcəkdir.

Şəxsi həyatda fayda: Təlim iştirakçıları bu proqramdan əldə etdikləri biliklərlə eyni zamanda öz bizneslərində və ya günlük sosial həyatlarında da bir çox avtomatlaşmaları edərək zamanlarına qənaət etmiş olacaqlar. Proqram müddətində öyrədilənlər HR istiqamətli izah edilsə də, unutmayaq ki, texnologiya üçün vahid istiqamət yoxdur və sizə aşılanacaq yanaşma ilə həyatınızın bütün sahələrində zamanınıza qənaət edəcəksiniz.

Modullar və submodullar

M. 1 Süni və Real İntellekt
3%
Proqramdakı ağırlığı
3%
Tədris saatı
2
Submodulun adı
  • Enerji, kainat, zəka, frekans
  • Emossional və rasional zəka
  • İnsan və süni intellekt
  • Süni intellektin gələcək perspektivi
  • İnsanın gələcək perspektivi
M. 2 Süni intellekt nədir, necə işləyir?
5%
Proqramdakı ağırlığı
5%
Tədris saatı
2
Submodulun adı
  • Chat Generative Pre-trained Transformer
  • Transformer arxitekturası iş prinsipi
  • OpenAI API (App. Programming Interface)
M. 3 Prompt Engineering
10%
Proqramdakı ağırlığı
10%
Tədris saatı
4
Submodulun adı
  • Effektiv sorğu yazılması
  • 31 əsas prinsip
  • Yaxşı/pis prompt nümunələri
  • Limitlər, etik qaydalar
  • Praktiki tapşırıq
M. 4 Süni intellekt ümumi nəyə qadirdir?
10%
Proqramdakı ağırlığı
10%
Tədris saatı
4
Submodulun adı
  • İş həyatında süni intellekt
  • Günlük yaşam üçün süni intellekt (Praktiki)
  • API istifadəsi və avtomatlaşdırma
  • Zapier, Make.com, Dahlia, DALL-E, Bubble, CloudConvert, GitHub və s.
  • Süni intellekt, API və Google alətləri + avtomatlaşdırma
  • Praktiki test tapşırığı
M. 5 AI və HR: Yerli və global perspektiv
15%
Proqramdakı ağırlığı
15%
Tədris saatı
2
Submodulun adı
  • HR üçün Effektiv Prompt Yaradılması
  • Qlobal HR-da istifadə edilən tətbiqlər
  • Yerli bazarda süni intellekt və HR sənədləri ilə iş
  • Yerli bazarda süni intellekt və HR avtomatlaşdırma
  • Praktiki test tapşırığı
M. 6 HR, süni intellekt və tam avtomatlaşdırma
50%
Proqramdakı ağırlığı
50%
Tədris saatı
14
Submodulun adı
  • Avt. Google Sheet, Google Form, Google Script və s. (Giriş)
  • Avt. “Job Description”
  • Avt. CV analizi
  • Avt. LinkedIn, “Headhunt”
  • İlkin rəyin avtomatlaşdırılması
  • Avt. “reject və approved”
  • Avt. Mail və Görüş
  • Avt. görüş icmalı, “reporting”
  • Avt. “Mail reporting”
  • Avt. daxili kommunikasiya və “reminder”
  • Avt. işçi məmnuniyyəti + “reporting”
  • Avt. həftəlik, aylıq hesabatlıq
  • Avt. HR Kargüzarlıq
  • Avt. digər günlük HR prosesləri
  • Avt. komanda idarəçiliyi (təklif, rəy, davamiyyət və s.)
  • Avt. HR Analitika
  • Praktiki test tapşırığı
M. 7 Öz sistemini qur
7%
Proqramdakı ağırlığı
7%
Tədris saatı
2
Submodulun adı
  • Fərdi layihə və avtomatlaşdırılmış sistem qurulması
  • Google sayt dizaynı və daxili bazanın yaradılması
M. 8 Yekun Müzakirə
0%
Proqramdakı ağırlığı
0%
Tədris saatı
2
Submodulun adı
  • Ümumi yekun müzakirə
Müddət
2 ay
Format
Əyani/Hibrid
Tezlik
Həftədə 2/II - V
Saat
10:00–12:00: 19:00–21:00

Süni intellekt və HR öyrənmə proqramı

Süni intellekt və HR proqramı HR Option tərəfindən hazırlanmış, qlobal ehtiyaclar, müasir HR tələbləri və gələcəyin insan resursları yanaşmaları nəzərə alınaraq formalaşdırılmış praktik tədris proqramıdır. Proqramın əsas ideyası iştirakçıya yalnız hazır “alətlər” göstərmək deyil, süni intellektlə işləmə yanaşmasını öyrədərək gələcəkdə yaranacaq yeni HR ehtiyaclarına uyğun həll qurma bacarığı qazandırmaqdır.

Proqramın məzmunu Udemy, Coursera, Google Learning, YouTube, LinkedIn Learning, qlobal akademik məqalələr və yerli bazar trendlərindən faydalanaraq hazırlanmışdır. Təlimin strukturu əvvəlcə süni intellekti dərk etməyi, sonra effektiv prompt yaratma texnikalarını praktiki tətbiq etməyi və daha sonra HR proseslərini intellekt əsaslı avtomatlaşdırmağı mərhələli şəkildə öyrədir.

  • Proqram tərkibi: 8 modul
  • Fokus: HR proseslərinin süni intellekt + avtomatlaşdırma ilə “intellektli” şəkildə qurulması
  • Nəticə: HR üzrə AI yanaşmasını mənimsəmiş, sərbəst sistem qura bilən mütəxəssis

Təlimin üstünlükləri və faydaları

  • Süni intellektlə düzgün işləmə yanaşması və “effektiv tapşırıq vermə” (prompt) bacarığı
  • 31 əsas prompt yaratma texnikasının praktiki şəkildə tətbiqi
  • Süni intellektin potensialı və limitlərini anlayaraq riskli sahələrdə düzgün qərar vermək
  • HR proseslərinin böyük hissəsini AI dəstəkli avtomatlaşdırmaq üçün praktiki həllər
  • Yerli bazar HR ehtiyaclarına uyğun sistem qurmaq bacarığı
  • Gələcəkdə ortaya çıxacaq yeni HR avtomatlaşdırma ehtiyacları üçün “təmir-təkmilləşdirmə düşüncəsi” qazanmaq

Təlim proqramının tərkibi

Proqram 8 moduldan ibarətdir və iştirakçını sıfırdan başlayaraq süni intellekti anlama, effektiv prompt qurma, AI alətlərini tanıma və HR proseslərini tam avtomatlaşdırma mərhələsinə qədər aparır.

  • Modul 1 (2 saat) – Süni və real intellekt: Enerji, kainat, zəka, frekans; emosional və rasional zəka; insan və süni intellekt; gələcək perspektivlər
  • Modul 2 (2 saat) – Süni intellekt nədir, necə işləyir?: GPT anlayışı; Transformer arxitekturası; OpenAI API
  • Modul 3 (4 saat) – Prompt Engineering: Effektiv sorğu yazılması; 31 prinsip; yaxşı/pis prompt nümunələri; limitlər və etik qaydalar; praktiki tapşırıq
  • Modul 4 (4 saat) – Süni intellekt ümumi nəyə qadirdir?: İş həyatı və gündəlik yaşam tətbiqləri; API və avtomatlaşdırma; inteqrasiya alətləri (Zapier, Make, DALL·E, Bubble, CloudConvert, PDF.Co, ATS, PhantomBuster və s.); praktiki test
  • Modul 5 (2 saat) – AI və HR: yerli və qlobal perspektiv: HR üçün effektiv promptlar; qlobal HR tətbiqləri; sənədlərlə iş; yerli bazarda HR avtomatlaşdırma; praktiki test
  • Modul 6 (14 saat) – HR, süni intellekt və tam avtomatlaşdırma: Google alətləri ilə avtomatlaşdırma; Job Description; CV analizi; LinkedIn headhunt; ilkin rəy; reject/approved; mail və görüş; icmal və reporting; daxili kommunikasiya; məmnuniyyət ölçümü; həftəlik/aylıq hesabatlar; HR kargüzarlıq; HR analitika; praktiki test
  • Modul 7 (2 saat) – Öz sistemini qur: fərdi layihə; avtomatlaşdırılmış sistemin qurulması; Google Sites ilə daxili baza və panelin hazırlanması
  • Modul 8 – Ümumi yekun və müzakirə: yekun nəticələr; tətbiq planı; sual-cavab

Praktiki iş və case-lər

Proqram boyunca hər mövzu praktik tapşırıqlarla möhkəmləndirilir. Xüsusilə 6 və 7-ci modullarda iştirakçılar HR proseslərinin real iş mühitində avtomatlaşdırılmasını addım-addım tətbiq edir və sonunda öz sistemini qurur.

  • Prompt testləri və real ssenarilər üzrə praktiki tapşırıqlar
  • CV analizi və namizəd dəyərləndirməsinin avtomatlaşdırılması
  • Görüş təyini, mail cavabları və icmal/reporting avtomatlaşdırmaları
  • Daxili kommunikasiya, reminder və məmnuniyyət ölçümü sistemləri
  • HR kargüzarlıq, sənəd şablonları, məzuniyyət/ezamiyyə kimi proseslərin avtomatlaşdırılması
  • Fərdi layihə: şəxsi daxili panel/site üzərindən vahid sistemin qurulması

Təlimin məqsədi

Proqramın məqsədi iştirakçıya süni intellekti düzgün yönləndirməyi, effektiv prompt yaratma texnikalarını mənimsətməyi, AI alətlərinin imkan və limitlərini öyrətməyi və HR proseslərini “smart” deyil, intellektli avtomatlaşdırma yanaşması ilə idarə edə bilmə bacarığı qazandırmaqdır.


Təlim kimlər üçündür?

  • İnsan resurslarında çalışan və HR proseslərini avtomatlaşdırmaq istəyənlər
  • HR Generalist kimi inkişaf etmək və HR-də AI ekspertliyinə yönəlmək istəyənlər
  • Öz biznesini idarə edən sahibkarlar və əməliyyat proseslərini optimallaşdırmaq istəyən rəhbərlər
  • Komanda performansını ölçən, analitik hesabatlar hazırlayan və sistem yanaşması quran şəxslər
  • Texniki şöbə ilə yaxın işləyən HR və əməliyyat yönümlü mütəxəssislər

Təlim kimlər üçün deyil?

  • Texnoloji yeniliklərə marağı olmayan və dəyişikliklərə adaptasiya etmək istəməyən şəxslər
  • Kompyuter istifadəsi və ofis proqramı bilikləri çox aşağı olanlar
  • İnsan resursları sahəsində 6 aydan az təcrübəsi olan çox başlanğıc səviyyəli şəxslər
  • 22 yaşdan kiçik və ya 45 yaşdan böyük müraciətçilər üçün uyğun hesab edilmir

Yekun nəticə

Təlimin sonunda iştirakçılar süni intellektlə işləmə yanaşmasını mənimsəyərək HR proseslərinin böyük hissəsini avtomatlaşdırmağı, yeni ehtiyac yarandıqda həmin ehtiyac üçün uyğun həll dizayn etməyi və öz daxili sistemini qurmağı bacarırlar.

Müraciət formu