HR Biznes Tərəfdaşlıq (HRBP) təlimi
HR Biznes Tərəfdaşlıq (HRBP) təlimi İnsan Resursları və Biznes funksiyaları arasında
mövcud olan boşluqların aradan qaldırılması, HR-ın təşkilat daxilində
strateji tərəfdaş kimi mövqelənməsi və qərarvermə proseslərində
dəyər yaradan funksiya kimi iştirak etməsi üçün hazırlanmış
praktik yönümlü tədris proqramıdır.
Təlim boyunca iştirakçılar HR əməliyyatçısı yanaşmasından çıxaraq,
biznes hədəflərini anlayan, menecerlərlə eyni dildə danışan və
strateji HR qərarları verə bilən HR Biznes Tərəfdaş roluna keçidi
addım-addım öyrənirlər.
- Proqram tərkibi: 5 əsas modul + praktik case-lər
- Fokus: HR Biznes Tərəfdaşlıq modelinin real təşkilatlarda tətbiqi
- Nəticə: HRBP yanaşmasını tətbiq edə bilən müasir HR mütəxəssis
Təlimin üstünlükləri və faydaları
- Biznes və İnsan Resursları funksiyalarının qarşılıqlı və effektiv işləmə modelinin mənimsənilməsi
- HR Biznes Tərəfdaşlıq modelinin təşkilatlarda tətbiq metodologiyasının öyrədilməsi
- Real biznes case-lər üzərindən praktiki yanaşmanın formalaşdırılması
- HR-ın strateji rola keçidi üçün tələb olunan düşüncə tərzinin inkişaf etdirilməsi
- Biznes rəhbərləri ilə effektiv əməkdaşlıq və təsir bacarıqlarının gücləndirilməsi
- Proqramda fərqlənən iştirakçılar üçün HR Option referansı qazanmaq imkanı
Təlim proqramının tərkibi
Təlim 5 əsas moduldan ibarətdir və HR Biznes Tərəfdaşlıq modelinin
konseptual əsaslarından başlayaraq, real təşkilat strukturlarında
effektiv tətbiqinə qədər olan mərhələləri əhatə edir.
-
Modul 1 – HR Biznes Tərəfdaşlıq modeli:
HRBP anlayışı, rollar, strateji tərəfdaş, dəyişiklik agenti, inzibati ekspert və işçi çempionu yanaşmaları
-
Modul 2 – HRBP-nin təşkilat strukturunda rolu:
Ulrich modeli, HR xidmət mərkəzləri, HRBP və biznes rəhbərləri arasında əməkdaşlıq
-
Modul 3 – Strateji HR və biznes dəyəri:
HR transformasiyası, istedadların idarə olunması, performansın idarə edilməsi üzrə case-lər
-
Modul 4 – HRBP rolunun effektiv tətbiqi:
Data əsaslı qərarvermə, stakeholder management, dəyişikliklərin idarə olunması və KPI yanaşması
-
Modul 5 – HR Biznes Tərəfdaşlıq modelinin təşkilatda effektiv tətbiqi:
Uğurlu tətbiq üçün əsas şərtlər, addım-addım tətbiq yol xəritəsi, əsas risklər və qarşı taktikalər,
HRBP fəaliyyətinin ölçülməsi (KPI), uğurlu tətbiq üzrə yekun case-lər və tövsiyələr
Praktiki iş və case-lər
Təlim zamanı iştirakçılar real biznes problemləri üzərində işləyir,
HR Biznes Tərəfdaş kimi düşünmə və qərarvermə bacarıqlarını
praktik tapşırıqlar vasitəsilə möhkəmləndirirlər.
- Biznes strukturu üzrə case study-lər
- İstedadların idarə olunması üzrə real nümunələr
- Performans idarəetməsi və HR təsirinin ölçülməsi
- Employee Value Proposition (EVP) üzərində praktiki iş
Təlimin məqsədi
HR Biznes Tərəfdaşlıq təliminin əsas məqsədi iştirakçıların
İnsan Resursları funksiyasını yalnız əməliyyat deyil,
biznesin inkişafına birbaşa təsir edən strateji tərəfdaş
kimi dərk etməsini və bu modeli real təşkilatlarda tətbiq edə bilməsini təmin etməkdir.
Təlim kimlər üçündür?
- HR Biznes Tərəfdaşlıq sahəsində çalışan və ya bu rola keçmək istəyənlər
- HR-ın digər funksiyalarından strateji HR istiqamətinə yönəlmək istəyən mütəxəssislər
- Biznes qərarlarında HR-ın rolunu gücləndirmək istəyən peşəkarlar
- Rəqabətli əmək bazarında strateji üstünlük qazanmaq istəyən HR mütəxəssisləri
Yekun nəticə
Təlimin sonunda iştirakçılar HR Biznes Tərəfdaşlıq modelini
real təşkilat mühitinə uyğunlaşdırmağı, biznes rəhbərləri ilə
strateji əməkdaşlıq qurmağı və HR-ın yaratdığı dəyəri
ölçülə bilən nəticələrə çevirməyi bacarırlar.