+99450 373 57 37
HR Option > Bloq > blog @tr > Müsahibə əsaslı STAR modeli nədir?
  • HROPTION
  • Yorum yapılmamış
HR Option təlimlər insan resursları

STAR modeli müsahibə zamanı namizədlərin real iş təcrübəsini obyektiv və sistemli şəkildə dəyərləndirmək üçün istifadə olunan strukturlaşdırılmış sualvermə yanaşmasıdır. Bu model namizədin yalnız nə bildiyini deyil, real situasiyalarda necə düşündüyünü, qərar verdiyini və nəticə əldə etdiyini üzə çıxarmağa kömək edir.

STAR abreviaturası dörd mərhələdən ibarətdir:

  • S (Situation) – namizədin qarşılaşdığı konkret vəziyyət

  • T (Task) – həmin vəziyyətdə qarşısında duran tapşırıq və ya məqsəd

  • A (Action) – məqsədə çatmaq üçün namizədin şəxsən atdığı addımlar

  • R (Result) – görülən işin nəticəsi və əldə olunan nəticələr

Bu yanaşma sayəsində müsahibə subyektiv təəssüratlara deyil, faktlara və real davranış nümunələrinə əsaslanır.


S – Situation (Situasiya)

Bu mərhələdə məqsəd namizədin konkret bir vəziyyətdə necə düşündüyünü, hansı yanaşmanı seçdiyini və situasiyanı necə şərh etdiyini anlamaqdır.

İşə qəbul

  1. Son dövrdə iştirak etdiyiniz bir işə qəbul prosesi barədə danışın. Bu proses necə başladı?

  2. Namizəd taparkən sizi ən çox çətinliyə salan bir vəziyyəti təsvir edin.

Motivasiya

  1. Əməkdaşdan daha yüksək performans tələb olunan bir vəziyyəti təsvir edin.

  2. İşə marağı azalan bir əməkdaşla bağlı rastlaşdığınız real bir halı danışın.

Operativlik

  1. Qısa zaman ərzində nəticə əldə etməli olduğunuz bir iş vəziyyətini xatırlayın.

Prioritetlərin müəyyən edilməsi

  1. Eyni vaxtda bir neçə tapşırıq aldığınız və seçim etməli olduğunuz bir vəziyyəti təsvir edin.

  2. Hansısa iki iş arasında qərar verməkdə çətinlik yaşadığınız bir hal olubmu?

Qərar qəbuletmə

  1. Peşəkar fəaliyyətinizdə sizi ən çox düşündürən qərar hansı olub?

  2. Standart yanaşmadan kənara çıxaraq verdiyiniz bir qərarı xatırlayırsınızmı?

  3. Sonradan düzgün olmadığını anladığınız bir qərarla bağlı nümunə paylaşın.

Komandada iş

  1. Komanda üzvləri ilə birlikdə nəticə əldə etdiyiniz bir işi təsvir edin.

  2. Komanda ilə işləməyin sizin üçün çətinləşdiyi bir vəziyyət olubmu?

Satış

  1. Danışıqlar apardığınız və potensialı yüksək olan bir müştəri ilə bağlı situasiyanı danışın.

  2. Ən mürəkkəb danışıqlar apardığınız müştəri kim idi?

  3. Əldə etdiyiniz müştərilər arasında sizin üçün ən dəyərli olan hansıdır?


T – Task (Tapşırıq / Məqsəd)

Bu mərhələdə namizədin qarşısında duran əsas məqsəd və ondan gözlənilən nəticə aydınlaşdırılır.

  1. Həmin vəziyyətdə sizdən konkret olaraq nə gözlənilirdi?

  2. Bu prosesdə özünüz üçün hansı əsas məqsədi müəyyən etmişdiniz?

  3. Bu situasiyada sizin üçün ən vacib məqam nə idi?


A – Action (Atılan addımlar)

Burada namizədin şəxsən hansı addımları atdığı, hansı təşəbbüsləri göstərdiyi qiymətləndirilir.
⚠️ Qeyd: “Biz etdik” deyil, “mən nə etdim” yanaşması əsasdır.

  1. Məqsədə çatmaq üçün hansı konkret addımları atdınız?

  2. Proses zamanı sizi çətinləşdirən hansı məqamlar oldu?

Ünsiyyət

  1. Qarşı tərəfə fikrinizi necə çatdırdınız?

  2. Qarşı tərəfin reaksiyası necə oldu və siz buna necə cavab verdiniz?

  3. Mövqeyinizi hansı üsulla əsaslandırdınız?

  4. Bu ünsiyyətdən hansı nəticəni çıxardınız?

  5. Qarşı tərəfin özünü rahat hiss etməsi üçün nə etdiniz?

Qərarvermə

  1. Seçiminizi hansı mərhələlərdən sonra etdiniz?

  2. Alternativ həll yolları nələr idi?

  3. Hansı amillər sizin üçün həlledici oldu?

  4. Variantları necə müqayisə etdiniz?


R – Result (Nəticə)

Bu mərhələdə atılan addımların hansı nəticəyə gətirib çıxardığı ölçülür.
⚠️ Diqqət: nəticə ilə yanaşı öyrənilən dərslər də vacibdir.

  1. Gördüyünüz işin sonunda hansı nəticə əldə olundu?

  2. Proses sizin üçün burada yekunlaşdı, yoxsa davamı oldu?

  3. Geri dönsəydiniz, nəticəni daha da yaxşılaşdırmaq üçün nəyi fərqli edərdiniz?


Nəticə

Doğru tətbiq edildikdə STAR modeli həm yanlış seçim riskini azaldır, həm də vəzifəyə və komandaya uyğun namizədi müəyyən etməyi asanlaşdırır. Eyni zamanda namizədlərə də öz təcrübələrini daha aydın və sistemli şəkildə ifadə etmək imkanı yaradır.

Unutmaq olmaz ki, əsas məqsəd yalnız uğurlu nəticələri deyil, namizədin düşünmə tərzini, qərarvermə məntiqini və öyrənmə yanaşmasını anlamaqdır. Məhz bu baxımdan STAR modeli müasir işə qəbul proseslərinin ayrılmaz və etibarlı alətlərindən biri hesab olunur. HR Option-da tədris olunan İşəqəbul, Recruit 361 və Səriştə əsaslı müsahibə təlimlərində STAR modelindəm ətraflı bəhs edilir.

Author: HROPTION

Bir cevap yazın