+99450 373 57 37
HR Option > HR İxtisaslaşma Təlimi

HR İxtisaslaşma Təlimi

Saat
1
Modul
1
Submodul
1
Məmnuniyyət
1%
+ Proqramın Haqqında
Məlumat
1) Proqramın Məqsədi

HR İxtisaslaşma təliminin əsas məqsədi iştirakçılarda İnsan Resurslarının əməliyyat qolu istiqamətində dərin və praktiki bilik, bacarıqlar formalaşdırmaq, onların nəzəri biliklərinin praktiki tətbiqi boşluğunu doldurmaqla iştirakçıların karyera inkişafına yardımçı olmaqdır.

2) Proqramın iştirakçıları

İnsan resursları sahəsində ixtisaslaşmaq istəyən tələbələr, başqa sahələrdən bu sahəyə keçmək istəyən şəxslər, hal-hazırda İR sahəsində çalışan və sahənin artan tələblərinə cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək və karyera yüksəlişi əldə etmək istəyən peşəkarlar.

3) Proqramın metodikası
  • Qlobal və ölkə təcrübəsinin sinxronlaşmış qaydada praktik əsaslarla tədrisi
  • Müasir İnsan Resursları nəzəriyyələri və Əmək Qanunvericiliyinin bir arada təqdim edilməsi
  • İnsan Resursları peşəkarından tələb olunan bacarıqlara qısa zamanda yiyələnmək şansı
  • Xüsusi LMS (Öyrənmə İdarəetmə Sistemi) üzərində iştirakçılara fərdi səhifələrin verilməsi
  • İştirakçı nəticələri üzrə məxfiliyin qorunması
  • Dərs vəsaitlərinə dərslərdən sonra da əlçatanlıq
  • Modullar üzrə praktik ev tapşırıqları, quiz-lər, fərdi və qrup çalışmalarının keçirilməsi
  • İmtahanların elektronlaşdırılması və imtahan bitdikdən sonra nəticələrin dərhal verilməsi
  • Keçirilən dərslərin tətbiqi üçün proses avtomatlaşmasının öyrədilməsi
  • Dərsləri daha yaxşı mənimsəmə üçün iştirakçılara mentorların təyini
  • Proqramda fərqlənərək HR Option referansını qazanmaq şansı

Modullar və submodullar

Modul 1 Ə.Q Çərçivəsində Kadr Kargüzarlığının İdarəedilməsi
90%
Qiymətləndirmə ağırlığı
90%
Tədris saatı
20
Submodulun adı
  • Əmək Məcəlləsi Praktiki Öyrənmə
  • ƏMAS-la Praktiki İş
  • İşəqəbul, Xitam, Məzuniyyət, İş və istirahət vaxtı
  • İşçi Təminatları və Pozulmalarına Qarşı Tədbirlər
  • HR Əməliyyat Üçün Gərəkli Digər Biliklər
Modul 2 CV Analizi və Müsahibə Bacarıqları
10%
Qiymətləndirmə ağırlığı
10%
Tədris saatı
4
Submodulun adı
  • CV Tərtibatında Doğru və Yanlışlar
  • Bacarıqlar və Kompetensiyalar
  • Real CV Nümunələri və Analiz
  • Müsahibənin Məqsədi və Hazırlıq Strategiyası
  • Ən Çox Verilən Suallar və Düzgün Cavab Texnikası
  • STAR Metodu ilə Cavab Vermə
  • Real Müsahibə Simulyasiyası
Müddət
1.5 ay
Format
Əyani
Tezlik
II və V günlər
Saat
10:00–12:00 / 19:00–21:00

HR İxtisaslaşma təlimi nədir?

HR İxtisaslaşma təlimi insan resursları sahəsində əməliyyat yönümlü bilik və bacarıqların formalaşdırılmasına xidmət edən peşəkar inkişaf proqramıdır. Təlim çərçivəsində əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsi, əmək münasibətlərinin idarə olunması və HR inzibati prosesləri praktiki şəkildə izah olunur.

HR İxtisaslaşma təliminin üstünlükləri

  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin praktiki öyrədilməsi
  • İşə qəbul və işdən azadetmə prosedurlarının real nümunələrlə izahı
  • Ezamiyyət və məzuniyyət ödənişlərinin düzgün hesablanması
  • ƏMAS sistemi üzərindən əməliyyatların aparılması
  • HR əməliyyatlarında tez-tez edilən səhvlərin qarşısının alınması

HR İxtisaslaşma təliminin məqsədi

Təlimin əsas məqsədi iştirakçıları əmək qanunvericiliyinə uyğun şəkildə kadr inzibatçılığı və inzibati HR proseslərini icra edə bilən ixtisaslaşmış HR mütəxəssisləri kimi yetişdirməkdir.

HR İxtisaslaşma təlimi kimlər üçündür?

  • İnsan resursları sahəsində ixtisaslaşmaq istəyən tələbələr
  • Başqa sahədən HR sahəsinə keçid etməyi planlayan şəxslər
  • HR əməliyyatları üzrə biliklərini artırmaq istəyən peşəkarlar
  • Kadr sənədləşməsi və əmək qanunvericiliyi üzrə praktiki bilik əldə etmək istəyənlər

Tədris nəticələri

Təlimi tamamlayan iştirakçılar HR əməliyyatlarını müstəqil şəkildə icra edə bilir, əmək qanunvericiliyinə uyğun sənədlər hazırlayır və inzibati HR proseslərində praktiki bacarıqlara yiyələnirlər.

Müraciət formu