Xidmetler

KPI əsaslı əmək haqqının qurulması

Performans (KPI) əsaslı əmək haqqı sistemi işçilərin xidməti fəaliyyətinin birbaşa müəssisənin biznes və idarəetmə hədəfləri ilə əlaqələndirməklə işçilərin fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına yönəlmiş əməyin ödənilməsi, mükafatlar və imtiyazlar paketinin formalaşdırılması prosesidir. Sistem çərçivəsində vəzifələr və onları icra edən işçilər üçün stabil və dəyişən əmək haqqı ödənişinin prinsip və mexanizmlərinə dair hərtərəfli paket hazırlanaraq müəssisəyə təqdim edilir.

 

Xidmətin faydaları

  • İşçinin məhsuldarlığının artması nəticəsində müəssisə gəlirlərinin artması
  • İşin keyfiyyətinin müştəri məmnuniyyətinə müsbət təsirləri və loyal müştərilərin qazandırılması
  • İşçilərin imtiyazlarının genişləndirilməsi hesabına onların sosial vəziyyətlərinin daha da yaxşılaşıdırlması və nəticədə işçi məmnunluğunun yüksəlməsi
  • Yüksək performans nümayiş etdirən işçilərin uzun müddət müəssisədə saxlanılması nəticəsində bazarda müəssisənin rəqabət qabiliyyətinin qorunması
  • Müəssisədən kadr axınını azaltmaqla işə qəbul, öyrənmə və inkişaf proqramlarına xərclənən vəsaitinin məbləğinin kəskin şəkildə azaldılması
  • Müəssisənin müvafiq sənayedə müsbət işəgötürən brendinin formalaşması