Xidmetler

Kadr kargüzarlığının idarəedilməsi

Bu xidmət işçinin müəssisəyə işə qəbul edilməsindən işdən azad olunmasına qədər işəgötürən və işçi arasında yaranan əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi çərçivəsində tənzimlənməsini əhatə edir. İşçi və işəgötürən arasında mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi və onun uçotunun aparılması sisteminin qurulması, həmçinin müvafiq  sənədləşdirmə işlərinin müəssisələr üçün davamlı şəkildə həyata keçirilməsi cari xidmətlərin içərisinə daxildir.

 

Xidmətin faydaları:

  • İnsan Resursları əməliyyatlarının sistemli qurulması və idarə edilməsi nəticəsində vaxta qənaət edilməsi
  • Kadr inzibatçılığı funksiyasının peşəkar komandaya həvalə edilməsi ilə sahə üzrə birbaşa yüksək işçi xərclərindən azadolma və hüquqi risklərdən sığortalanma
  • İnzibati xətaların minimallaşdırılması nəticəsində müəssisənin cərimə olunma risklərinin azaldılması
  • İşçilər üçün inzibati əməliyyatların vaxtında və düzgün icra edilməsi nəticəsində onların müəssisədən cari və gələcək məmnuniyyətlərinin təmin edilməsi
  • Müəssisə rəhbərliyi, səhmdarlar və dövlət qurumlarına inzibati hesabatların hazırlanması üçün detallı məlumat və sənəd bazasının formalaşdırılması