Xidmetler

Kadr kargüzarlığı prosesinin auditi

Əmək kargüzarlığı prosesinin auditi müəssisədə kadr inzibatçılığı fəaliyyətlərinin optimallaşdırılması, həmçinin həmin fəaliyyətlərin Əmək Məcəlləsi və Əmək Qanunvericiliyi ilə bağlı digər hüquqi-normativ aktlara, müəssisədaxili qayda və tənzimləmələrə uyğunluğunun yoxlanılması məqsədi ilə cari sənədlər  və kadr uçotu sistemlərinin hərtərəfli nəzərdən keçirilməsi prosesini əhatə edir. Audit nəticəsində kadr kargüzarlığının güclü tərəfləri və mövcud çatışmazlıqları aşkar olunur. Çatışmazlıqlar aşkar olunan sahələrdə problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr paketi hazırlanaraq təqdim edilir.

 

Auditin keçirilməsinin faydaları:

  • Kadr inzibatçılığı və uçotunun qanunvericilik və müəssisədaxili qaydalar əsasında aparılmasına əminliyin yaranması
  • Qanunvericiliyin tələblərinə tam və qismən cavab verməyən sənədləşdirmə, uçot və hesabatvermənin aşkarlanması nəticəsində müvafiq düzəlişlərin vaxtında  aparılmasına zəmin hazırlanması
  • Xətaların vaxtında və düzgün şəkildə aradan qaldırılması ilə intizam, inzibati və cinayət məsuliyyətindən sığortalanma
  • Əmək müfəttişinə olunacaq müraciət risklərinin aşkarlanması
  • Kadr inzibatçılığının gələcəkdə daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bazanın formalaşdırılması