Xidmətin izahı: Attestasiya İnsan resurslarının idarə edilməsi sahəsində çalışan əməkdaşların sahə üzrə bilik səviyyəsinin müəyyən edilməsi, onların tutduqları və tutmaq iddiasında olduqları vəzifəyə uyğunluğunun yoxlanması, həmçinin bilik və bacarıqlara müvafiq əmək haqqı və imtiyazlar paketinin təmin edilməsi məqsədilə insan resurslarının idarə edilməsinin müxtəlif modulları, müvafiq əmək qanunvericiliyi, intellekt və məntiq səviyyəsini müəyyən edən suallar, analitik tapşırıqlardan ibarət imtahan prosesini əhatə edir. Attestasiya nəticəsində müəssisəyə əməkdaşların tutduqları və iddia etdiklərə vəzifələrə uyğunluğa dair rəy verilməsi ilə yanaşı, nisbətən zəif nəticə göstərən əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün potensial öyrənmə və inkişaf istiqamətləri, metodları və perspektivləri barədə tövsiyələr də təqdim edilir.
Xidmətin faydaları:
- İmtahan hazırlığı ərəfəsində əməkdaşlara müvafiq istiqamətlərin verilməsi nəticəsində onlara biliklərini genişləndirmələri üçün stimul qazandırılması
- Əməkdaşların müasir effektiv beynəlxalq və yerli təcrübələrdən məlumatlılıq səviyyəsinin üzə çıxarılması nəticəsində onların potensialından müəssisə daxilində səmərəli istifadə üçün zəmin hazırlanması
- Əməkdaşların sahə üzrə öyrənmə və inkişaf ehtiyaclarının kompleks şəkildə qısa zaman ərzində üzə çıxarılması ilə müəssisə daxilində ehtiyacların müəyyən edilməsinə sərf olunan vaxt və maddi resurslara qənaət edilməsi
- Aşkar olunan nisbətən zəif texniki bilik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi üçün adekvat öyrənmə vasitələrinin təklif edilməsi nəticəsində müəssisə əməkdaşlarının, dolayısı ilə isə müəssisənin müvafiq sənaye və sahədə rəqabət qabiliyyətinin artırılması
Xidmətin davam etmə müddəti: 4 həftə
Gözlənilən nəticə: İnsan Resursları əməkdaşlarının attestasiyası nəticəsində onların zəif və güclü tərəfləri müəyyən olunacaq və bunun nəticəsində şirkətin İnsan Resursları əməkdaşlarının effektiv fəaliyyəti təmin olunacaqdır.