Xidmetler

İnsan Resurslarının İdarəedilməsi təlimi

HR Option sizə Xəqani Səfərovun təqdimatında “İnsan Resurslarının İdarə Edilməsi” təlimi təklif edir.

Bu gün dünyanın ən böyük universitetləri şirkətlərə insan münasibətlərinin yaxşılaşdırılmasını tövsiyə etməkdədir. Bu səbəbdən “Dünyada sözünü deyən şirkət olmaq” istəyən bütün şirkətlərin bu istiqamətdə ilk addımı İnsan resurslarına bir şöbə kimi deyil, şirkətin ortağı kimi baxmaları olmuşdur. İnsan Resursları hadisəni nəinki şirkət-işçi, eyni zamanda işçi-işçi, işçi-müştəri münasibətlərini tənzimləyir. Yaxşı bir insan resursları sistemi olan şirkət istənilən böhrana və istənilən yenilənməyə hazırdır və bu, günün ən mühüm tələblərindən biridir.

Təlim müddəti – 1 ay (şənbə və bazar) – 8 dərs Cəmi 20 saat

TƏLİMİN PROQRAMI:

1. MODUL : İnsan Resursları Siyasəti
İnsan resurslarının tarixi, məqsədi, funksiyaları
HR modulları
Modern şirkətlərdə İnsan Resursları sistemləri
Ölkədəki insan resurslarının vəziyyəti
İş analiz metodları
Vəzifə təlimatları
Karyera planlaması
İş ehtiyaclarının müəyyən edilməsi
Vakansiyaların elanı
CV bazasının yaradılması
İşə qəbul prosesinin həyata keçirilməsi

2. MODUL: Performans idarəetmə sistemi
Klassik Performans dəyərləndirməsi
Performans idarəetmə metodları
Performans idarəetməyə modern yanaşma
Gələcək yönümlü performans idarəedilməsi
İstedadların idarə edilməsi (Google qaydası)
Təlim ehtiyacının müəyyən edilməsi
Təlim proqramlarının hazırlanması
Təlim keçmiş əməkdaşların qiymətləndirilməsi

3. MODUL: Motivasiya sistemləri
Klassik motivasiya sistemləri
Qeyri-maddi motivasiyanın qurulması
Kreativ idarəetmədə motivasiya
Əmək haqqının formalaşması
Əmək haqqı strukturunun qurulması

4. MODUL: Rəsmi əməliyyatlar və kargüzarlıq
İşə qəbul və işdən azad olma prosedurlarının qanuni tərəfləri
Əmək müqaviləsi və içində lazım olan bəndlər
E-gov sisteminin yaradılması
E-gov sistemində rəsmi hərəkət proseduru (işə giriş, işdən çıxış, sturuktur və s. əməliyyatlar)
Zəruri SƏTƏM təlimatları

5. MODUL: Qanunvericilik
Əmək münasibətlərinin rəsmi əsasları
Qanunveriçilikdə insan resursları

6. MODUL: Şirkətlərin İnsan Resursları siyasəti
Qonaq Spiker. (İnsan Resursları sahəsidə öz sözünü demiş mütəxəssis)

7. MODUL: HR sahəsində karyera qurmaq necə olur?
Karyera necə qurum?
CV-lərin yazılması
İş tapmaq yolları
Şirkətlər işçilərdən nə istəyir?
İşçilər şirkətlərə nə verməlidir?
Uğurlu karyera qurmaq üçün alətlər
HR müsahibələrin sirləri

8. MODUL: Yekun sertifikatlaşma mərasimi
Keçirilənlər haqqında yenidən baxış
Sertifikatlaşma mərasimi

Təlim Azərbaycan dilindədir.

Qeydiyyat üçün aşağıdakı mailə mürəciət edə bilərsiniz

Email: info@hroption.az

Sizi öz aramızda görməkdən çox məmnun olardıq.

 

HR təlimi

Əziz dostlar, Xaqani Səfərov növbəti "HR Təlimi"nə start verir. HR ilə maraqlanan, bu sahəni peşəkardan öyrənmək istəyənlər 30 oktyabr tarixinədək qeydiyyatdan keçə bilər!Təlim haqda ətraflı: //goo.gl/forms/lR15kf41tesCRHWG2

Posted by Xaqani Safarov's Page on Friday, October 21, 2016