Xidmetler

İnsan Resursları prosesinin auditi

İnsan Resurslarının (İR) İdarə Edilməsi prosesinin auditi müəssisədə İR fəaliyyətlərinin optimallaşdırılması, həmçinin həmin fəaliyyətlərin sabit və dəyişən hüquqi-normativ sənədlərə, müəssisədaxili qayda və tənzimləmələrə uyğunluğunun yoxlanılması məqsədi ilə cari insan resursları siyasət, prosedur, sənəd və sistemlərinin hərtərəfli nəzərdən keçirilməsi prosesini əhatə edir. Audit nəticəsində İR funksiyasının güclü tərəfləri və mövcud çatışmazlıqları aşkar olunur. Çatışmazlıqlar aşkar olunan sahələrdə problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr paketi hazırlanaraq təqdim edilir.

 

Auditin keçirilməsinin faydaları:

  • Müəssisənin insan potensialından effektiv şəkildə yararlanmasının təmin edilməsi
  • Fəaliyyətlərin səmərəsizliyi nəticəsində yaranan xərclərin azaldılması
  • İR fəaliyyətlərinin dəyişikliklərə uyğunlaşdırılmasının çevikliyinin artırılması
  • Müəssisə rəhbərliyinin İR idarəetməsinin səlisliyinə güvəninin artırılması
  • İşəgötürənin və İR bölməsinin həm müəssisədaxilində, həm də cəmiyyətdə reputasiyasının artırılması
  • Səhmdarlar və potensial investorların müəssisənin insan potensialı və uzunmüddətli səmərəli fəaliyyətinə inamının təmin edilməsi
  • İR funksiyasının gələcəkdə daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bazanın formalaşdırılması