* İştirakçının hər modul üzrə cədvəldə qeyd olunan müvafiq qiymətləndirmə ağırlığından çox olmayaraq əldə etdiyi faizlər sonda toplanır və iştirakçıya bu nəticəyə müvafiq diplom və ya sertifikat təqdim edilir.
Proqramın müddəti: 4 ay / 70 saat
Tədris tezliyi: Həftədə 2 gün / 4 saat
Tədris saatları: 19:00-21:00
Tədris metodikası: Təqdimatlar, İnteraktiv müzakirələr, Fərdi tapşırıqlar, Qrup işləri, Sub-modul və modul yoxlama testləri, İdarəetmə əməliyyatların yerinə yetirilməsi və sistemlərin 0-dan yığılmasına dair tapşırıqlar
Tədris materialları: Təqdimat və paylama materialları, Test toplusu, onlayn sistemlər
Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq hər modul üzrə tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:
- 90%-dən yuxarı – Fərqlənmə diplomu
- 75%-89% – Müvəffəqiyyət diplomu
- 50%-74% – Diplom
- 49%-dən aşağı – İştirakçı sertifikatı
Fərqlənən iştirakçılara layihələrdə işləmək imkanı yaradılır və həmin iştirakçılar müştəri şirkətlərin müvafiq İdarəetmə şöbələrində vakansiyalar yarandıqca onlara iş üçün tövsiyyə edilə bilər.