+99450 373 57 37
info@hroption.az
HR Option > Əmək Qanunvericiliyi Təlimi

Əmək Qanunvericiliyi Təlimi

Location

HR Option İnkişaf Mərkəzi (Turan Biznes Mərkəzi 2-ci mərtəbə, Albert Aqarunov 14 A)

Date & Time

18th November 2019 - 1st December 2019 07:00 PM - 09:00 PM

Save event to calendar

TƏLİM HAQQINDA

Təliminqsədi

Təlimin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçıların nəzəri biliklər qazanması və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaqdır.

Təlimin iştirakçıları

İnsan resursları əməliyyatları sahəsində ixtisaslaşmaq istəyən şəxslər, hal-hazırda İR-nın müxtəlif funksiyaları üzrə çalışan və əmək qanunvericiliyi sahəsində səriştələrini artıraraq rəqabətli əmək bazarında mövqeyini gücləndirmək niyyətində olan peşəkarlar.

Təlimin sessiyaları: 

  1. Giriş
  2. Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi
  3. İş və İstirahət Vaxtı
  4. Məzuniyyətlərin Tənzimlənməsi
  5. Ezamiyyətlərin Tənzimlənməsi
  6. Əmək Münasibətlərinə Xitam Verilməsi
  7. İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri
  8. İşəgötürənin Məsuliyyətləri və Proqramın Yekunu
  9. İmtahan

Təlimin müddəti: 1 ay / 18 saat

Təlimin başlama tarixi: 18.11.2019

Tədris tezliyi: Həftədə 2 gün / hər gün 2 saat

Tədris saatları: 19:00-21:00

Təlimin keçirilmə ünvanı: HR Option İnkişaf Mərkəzi

(Turan Biznes Mərkəzi 2-ci mərtəbə, Albert Aqarunov 14 A)

Tədris metodikası: Təqdimatlar, interaktiv müzakirələr, praktiki çalışmalar, yekun yoxlama imtahanı

dris materialları: Təqdimat və paylama materialları, Əmək Məcəlləsi

Mükafatlandırma: İmtahan nəticəsində topladığı baldan asılı olaraq tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı  sertifikatlar təqdim ediləcəkdir:

  • 75%-dən yuxarı – Müvəffəqiyyət sertifikatı
  • 50%-74% – Təlimi bitirmə haqqında sertifikat
  • 49%-dən aşağı – İştirakçı sertifikatı

 

DRİS PROQRAMI

     1. Giriş

  • Əmək qanunvericiliyi haqqında ümumi anlayış
  • Əmək müqaviləsi və müqavilədə yer alan şərtlərin ətraflı izahı
  • Elektron hökümət portalı haqqında ümumi məlumatlar
  • Sınaq müddəti və onun tənzimlənməsi
  • Əmək funksiyası, Başqa işə keçirmə qaydaları

     2.   Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi

  • Əmək müqaviləsinin doldurulması qaydası ilə bağlı praktik çalışma
  • İşə qəbul zamanı kadr kargüzarlığı ( işə qəbul əmrinin verilməsi, E-GOV-a işçinin daxil edilməsi ), işçinin şəxsi işinin formalaşdırılması
  • Əmək kitabçasının doldurulması qaydası
  • Ştat cədvəlinin hazırlanması, ştat əmrlərinin verilməsi
  • Vəzifə dəyişikliyi, əmək şəraiti şərtlərinin dəyişdirilməsinin rəsmiləşdirilməsi ilə bağlı praktiki çalışma

    3. İş və İstirahət Vaxtı

  • İş və istirahət vaxtı haqqında ümumi məlumat
  • Tam, natamam, qısaldılmış iş vaxtı
  • Gecə vaxtı və gecə növbəsi arasındakı fərqlərin ətraflı izahı
  • İş vaxtının cəmlənmiş uçotu
  • İş vaxtından artıq iş və onun tənzimlənməsi qaydaları
  • İstirahət vaxtı, qeyri iş günlərində iş cəlb edilmə
  • İşə davamiyyət cədvəlinin hazırlanması qaydası
  • İş və istirahət vaxtının əmək müqaviləsində düzgün əks etdirilməsi ilə bağlı praktiki çalışma

     4. Məzuniyyətlərin Tənzimlənməsi

  • Məzuniyyət anlayışı və onun növləri
  • Əmək məzuniyyəti, əsas və əlavə məzuniyyət növləri
  • Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi qaydası
  • Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırılma qaydası
  • Əmək məzuniyyətinin planlaşdırılması
  • Təhsil, yaradıcılıq, ödənişsiz və sosial məzuniyyətlər

      5. Ezamiyyətlərin Tənzimlənməsi

  • Ezamiyyə qaydaları haqqında ümumi məlumat
  • Ölkədaxili və ölkəxarici ezamiyyələrin rəsmiləşdirilməsi
  • Ezamiyyə vəsiqəsinin doldurulması qaydası, ezamiyyə əmrlərinin verilməsi
  • Müəssisədaxili nizam-intizam qaydaları
  • İntizam tənbehinin növləri haqqında ümumi məlumat
  • İntizam tənbehinin verilməsinin rəsmiləşdirilməsi haqqında praktiki çalışma

     6. Əmək Münasibətlərinə Xitam Verilməsi

  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
  • İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi
  • Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi qaydası
  • İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası
  • Əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilmə qaydasına dair praktiki çalışma

     7. İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri

  • İşçi və işəgötürənin maddi və tam maddi məsuliyyəti
  • Qadınların və yaşı 18-dən aşağı olan işçilərin əmək hüquqları
  • İş tapmaqda çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası
  • Məşğulluq hesabatların tərtib edilməsi
  • Əməyin mühafizəsi ilə bağlı ümumi müddəalar

   8. İşəgötürənin Məsuliyyətləri və Proqramın Yekunu

  • Əmək qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cərimələr
  • İşçilərin sosial sığortası
  • Yekun təkrar
  • Təlim üzrə bütün açıq qalan sualların cavablandırılması
  • Praktik çalışmalar

   9. İmtahan

 

TƏLİMÇİ

Əmək Qanunvericiliyi kursunun təlimçi Fərid Nəcəfovdur.

Fərid Nəcəfov

İnsan Resurslarının İdarə Edilməsi sahəsində fəaliyyətə 2011-ci ildə Azersun Holding-də başlamışdır. Daha sonra o karyerasını Azərinşaatservis, Veysəloğlu və Gilan Holding kimi iri müəssisələrdə davam etdirməklə, istehsalat, tikinti, pərakəndə sektorlarında ciddi təcrübə qazanmışdır. Gilan Retail Group Portfelinin İR Meneceri vəzifəsində çalışarkən Holdingin əmək qanunvericiliyi sahəsində daxili təlimçisi kimi  50-dən çox İR mütəxəssisinə təlimlər keçmişdir. Müəssisədaxili təlimçilik fəaliyyəti ilə yanaşı Əmək Qanunvericiliyi sahəsində son 3 ildə dəfələrlə korporativ və fərdi təlim kurslarının təlimçisi kimi çıxış etmişdir. Hal-hazırda Paşa Holding Agro Food İnvestment qrupa daxil olan Grand Agro MMC-də İR və İnzibati işlər üzrə Menecer vəzifəsində çalışır.

 

ÖDƏNİŞ ŞƏRTLƏ

Təlimin qiyməti: 220 AZN

Ödəniş şərtləri: Məbləğ tam şəkildə əvvəlcədən ödənilir

Endirimlər: 3 noyabr 2019-cu il tarixədək qeydiyyatdan keçib ödəniş edildikdə ödəniş məbləğinə 20 AZN endirim edilir.

Qeyd: Təlim iştirakçılarına Əmək Qanunvericiliyinə Dair Materiallar Toplusu kitabı və Əmək Məcəlləsi hədiyyə olunur.

 

Qeydiyyat

TƏLİM HAQQINDA Təlimin məqsədi Təlimin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçıların nəzəri biliklər qazanması və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaqdır. Təlimin iştirakçıları İnsan resursları əməliyyatları sahəsində ixtisaslaşmaq istəyən şəxslər, hal-hazırda İR-nın müxtəlif funksiyaları üzrə çalışan və əmək qanunvericiliyi sahəsində səriştələrini artıraraq rəqabətli…