+99450 373 57 37
HR Option > Hr Analitika

HR Analitika və Hesabatlıq

Kursun Proqramının tərkibi: Proqram 7 moduldan ibarətdir
  • Data nədir
  • Datanın növləri
  • Data, İnformasiya, Bilik, Təhsil
  • İR data növləri
  •  
  • İşçi sayı (Headcount)
  • İşəqəbul (Recruitment)
  • Əməliyyatlar (Operations)
  • Əmək haqqı və ödənişlər (Compensation and Payroll)
  • İstedadlar və Performans (Talent and Performance)
  • Xitam (Seperations)
  • MS Office hesablama
  • Anket analiz
  • Reqressiya, Proqnozlaşdırma
  • Qrafik və cədvəllər
  • Power Point hesabatlılıq
  • Power query, Pivot, Dashboard
  • Hesabatların avtomatlaşdırılması
  • HR keyslər
  • Müzakirə və görüşlər / təkliflər və qərar
  • İmtahana hazırlıq
  • İmtahan

TƏLİMİN ÜSTÜNLÜKLƏRİ VƏ FAYDALARI

Data əsaslı İnsan Resursları İdarəetməsinə keçid üçün biliklərin artırılması

İR məlumatlarının təhlili nəticəsində biznesə ciddi təsir etmək üçün bacarıqların
qazandırılması

Hesabatların sürətli və minimum xəta ilə çıxarılması üçün çevik alətlərlə tanışlıq

Biliklərin tapşırıq və simulyasiyalarla möhkəmləndirilməsi

Fərqlənərək HR Option referansını qazanmaq şansı

● Dərslərin videoyazılarının təqdim edilməsi

Ətraflı məlumat

Kursun məqsədi

«İR Analitikası və Hesabatlıq» təlim proqramı İnsan Resursları sahəsində məlumatların (big datanın) praktiki metod və alətlərin tətbiqi ilə təhlili, müxtəlif İR göstəriciləri (metrikləri) əsasında hesablamaların qısa zamanda və minimum xəta ilə aparılması, zəruri hesabatların çıxarılması və cəlbedici vizual təqdimatın həyata keçirilməsi ilə əlaqədar iştirakçılarda müasir bilik və bacarıqları formalaşdırmağı qarşısına məqsəd qoyur.

Kursun iştirakçıları

Hal-hazırda İnsan Resursları sahəsində çalışan və biznesin artan tələblərinə daha yaxşı cavab verərək rəqabətli əmək bazarında mövqeyini gücləndirmək istəyən peşəkarlar, bu sahədə ixtisaslaşmaq istəyən şəxslər.

İnsan Resurslarının İdarə Edilməsinin sahələri (İR planlama, İşə qəbul, Öyrənmə və İnkişaf, Performansın İdarə Edilməsi, Karyeranın İdarə Edilməsi, Əməyin Ödənilməsi və s.) üzrə ümumi biliklərə sahib olan, bu sahədə minimum 6 ay təcrübəsi və başlanğıc səviyyədə MS Excel biliyi olan şəxslər proqrama qatıla bilərlər.

 

Proqramın müddəti: 2 ay / 32 saat

Tədris tezliyi: Həftədə 2 gün / 4 saat
Tədris saatları: 20:00-22:00
Tədrisin formatı: Onlayn
Tədris metodikası: 
Təqdimatlar, İnteraktiv müzakirələr, tapşırıqlar
Tədris materialları: Təqdimat materialları-dərslərin videoyazısı, onlayn sistemlər

 

 Mükafatlandırma: Topladıqları ümumi baldan asılı olaraq tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı diplom və sertifikatlar təqdim ediləcəkdir:

90%-dən yuxarı – Fərqlənmə diplomu

75%-89% – Müvəffəqiyyət diplomu

50%-74% – Diplom

49%-dən aşağı – İştirakçı sertifikatı